1news.az

Univerium: Bakının mərkəzində tələbə cənnəti – FOTO

27 İyun saat 14:02 ~ 9 dəqiqəlik oxu 926
Univerium: Bakının mərkəzində tələbə cənnəti – FOTO

Xarici film və seriallarda tələbələrin müasir universitetdəki yataqxanalarının dəfələrlə şahidi olsaq da, Bakıda analoji binalara rast gəlməmişdik.

Yaxın günlərdə bu boşluq Bakıdakı bütün universitetlərin tələbələrinin yaşaya biləcəyi nəhəng kompleks – Univerium-un hesabına dolduruldu.

Kompleksin rəsmi açılışı bu ilin iyulunda baş tutacaq. Lakin 1news.az əldə etdiyi məlumatın oxucular, eləcə də əcnəbi və Azərbaycanın digər regionlarından olan tələbələr üçün faydalı olduğunu düşünərək yataqxanadakı vəziyyətlə daha tez maraqlanmaq qərarına gəlir.  

Kompleks üzrə ekskursiyanı hazırda bu layihəyə nəzarət edən, Bridge Group şirkətinin inkişaf direktoru Fərid İskəndərov apardı:

“Univerium yataqxanalar kompleksi 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyilə tikilib. Bu, Bridge Group şirkətinə daxil olan Global Interiors Group memarlıq şirkəti tərəfindən ingilis memarlarla birlikdə həyata keçirilən növbəti layihədir.

Layihədə bir çox ölkələrin, xüsusilə yataqxana sisteminin daha çox inkişaf etdiyi qonşu dövlətlərin – Rusiya və Türkiyənin təcrübələrindən istifadə edilib. Bu kompleks bütün beynəlxalq standartlara uyğundur. Hətta deyərdim ki, dünyada bu cür möhtəşəm və praktik universitet yataqxanası çox deyil”.

Mənfi birinci mərtəbədə bir neçə obyekt yerləşir. Misal üçün, 400 tələbənin yerləşəcəyi yeməkxana. Burada gündə üç dəfə olmaqla özünəxidmət sistemi üzrə – tələbə məcməyini götürərək istədiyi yerdə oturub qidalana bilər. Həmçinin yeməkxanada royal aləti var. Burada ifa etməyi bacaran tələbə öz məharətini nümayiş etdirə bilər. Qeyd edək ki, yeməkxana bir neçə hissəyə bölünüb. Yeməkxanada amfiteartı xatırladan açıq terras var. Buraya müxtəlif spikerləri dəvət edərək ilin isti fəsillərində tələbələr üçün mühazirələr təşkil edilə bilər.

Yataqxananın dizaynı xüsusi vurğulanmalıdır. Belə ki, burada kreativ çalarlar maksimum dərəcədə istifadə olunub. Hər bir hissə cəsarətli rənglərlə boyanmaqla yanaşı, yataqxananın divarlarında azərbaycanlı rəssamların qraffiti janrında rəsmlərini də görmək mümkündür.

“Tələbənin özünü komfortlu hiss edəcəyi ab-havanı yaratmağa çalışmışıq. Yataqxanada idman zalı, musiqi otağı, hətta günün bütün saatlarında həkim xidməti göstərəcək tibb otağı da var. Sadalananların hamısı qiymətə daxildir.

İdman zalındakı crossfit zonasında məşq etmək üçün lazımi ləvazimatlar – iplərdən tutmuş hantellərə qədər var. Bununla yanaşı, yataqxanada ayrıca otaqlar var ki, burada ustad dərsləri təşkil olunacaq, həmçinin həftədə bir neçə dəfə olmaqla pilates, aerobika və yoqa dərsləri keçiriləcək. Eləcə də burada boks və digər döyüş sənətləri üzrə məşqlər keçirmək istəyirik. Artıq boks üçün qum torbaları var, sadəcə təlimçilərin cəlb olunması qalıb. Yəni Univerium kompleksi yalnız tələbələrin yaşamağı üçün deyil, onların inkişafı üçün də hesablanıb”, - F.İskəndərov bildirib.

Həmçinin yataqxanada çamaşırxana xidmətləri də fəaliyyət göstərir. Tələbələr ayda üç dəfə əşyalarını burada yuya bilər. Həmçinin mənfi birinci mərtəbədə kiçik mağaza var ki, burada diş pastası, dəftər, qələm və digər ləvazimatlar satılır.

F.İskəndərovun sözlərinə görə, kompleksdə fiziki imkanları məhdud tələbələr də nəzərə alınıb – onların mərtəblərinə qalxması üçün xüsusi liftlər də quraşdırılıb.

“Başlıca məqsədimiz tələbələrin təhlükəsizliyidir. Bunun üçün günün bütün saatlarında müşahidə aparan kameralar da quraşdırılıb. Kameralar kompleksin hər santimetri düşür. Belə ki, bu, regionlardan övladlarını paytaxta göndərmiş tələblərin narahat valideynləri üçün vacibdir. Tələbələrin yataqxanadan çıxış və girişinə nəzarət edirik.

Əvvəlcə istəyirdik ki, bütün tələbələr yataqxanaya axşam 10-a qədər qayıtsınlar. Lakin sonra bu şərtin çox mürəkkəb olduğunu, həddi-buluq yaşına çatmış gənclərlə iş gördüyümüzü nəzərə alaraq dəyişdik. Buna görə də, əgər kiminsə axşam üçün planı – futbola və ya dostunun ad gününə gedərsə, sadəcə gecikəcəyilə bağlı administratoru xəbər etməsi kifayətdir”, – Fərid deyib.

Yaşayış məkanı ikinci mərtəbədən doqquzuncu mərtəbəyə qədər hissəni təşkil edir. Yeganə istisna beşinci mərtəbədədir – burada əyləncə zonası var. Burada digər tələbələrlə qarşılıqlı ünsiyyət və istirahət üçün bütün şərtlər təşkil olunub. Nümunə üçün, futbol və filmlərin birgə seyri üçün kinoteatr var. Həmçinin çay və ya kofe içmək, bilyard oynamaq və ya sadəcə söhbət etmək üçün Dədə Qorqud gölünə mənzərəsi açılan kafe də var.

Həmsöhbətimizin sözlərinə görə, burada əlavə işçi qüvvəsi yoxdur. Yataqxanada elə ab-hava qurulub ki, hər bir tələbə özünə xidmət etməli, öz qablarını yumalıdır. İlin isti fəsillərində tələbələrin açıq havada vaxt keçirməsi üçün terrasın açılışı da planlaşdırılır:

“Otaqlara nəzər salaq. Otaqlar dörd nəfər üçün hesablansa da, əlli kvadratmert sahəni əhatə edir. Daha geniş kvadratmertlik otaqlar da var. Gördüyünüz kimi, otaqda hər bir tələbə üçün ayrılan hissə A, B, C, D hərfləri ilə işarələnib. Tələblərin hər birinin çarpayısı, dərslərini hazırlaması üçün masa, şəxsi əşyaları üçün şkaf da var.

Həmçinin hər bir otaqda hamam və sanitar qovşağı da quraşdırılıb. Nəzərə alaq ki, adətən yataqxanalarda bir mərtəbədə yalnız bir sanitar qovşağı olur. Eləcə də təmizlik xidməti də göstərilir ki, tələbələr öz otaqlarını özləri təmizləmir. Həftədə bir neçə dəfə xadimələr gələrək otaqlarda təmizlik işləri aparacaq, yastıq və döşəkağını dəyişəcəklər. Bu da ümumi qiymətə daxildir”.

Ümumilikdə, kompleksdə 189 otaq var. 8-9-cu mərtələrdə əcnəbi müəllimlər üçün fərdi otaqlar da mövcuddur. Yerləşdirmə məsələsində tələbələr cinsinə görə ayrılır – oğlanar və qızlar üçün mərtəbələr var. Hər bir tələbənin kompleksə, otağa daxil olması üçün buraxılış kartı və ya qolbağı var. Bunun vasitəsilə o, yalnız öz mərtəbəsinə qalxa bilər. Yataqxana sakinləri qonaq qəbul edə bilər. Yalnız qonaqlar yataqxananı saat 22:00-a qədər tərk etməlidir.

“Üçüncü aydır ki, çalışırıq. Artıq 70 tələbəmiz var. Onlardan çoxu əcnəbidir. Həmçinin regionlardan da tələbələrimiz var. Bakıdan tələbəmiz yoxdur. Yəqin ki, gələcəkdə valideynlərindən kənar müstəqil yaşamaq istəyən və ya mərkəzdən uzaq olmaq istəyən paytaxdan olan tələblərimiz olar.

Yataqxanada yaşamağın qiyməti çox münasibdir və kirayə evdən də aşağı qiymətə başa gəlir. Yataqxanada kommunal xidmətlər, yüksəksürətli internet, çamaşırxana və idman zalı xidmət göstərdiyi üçün əlavə xərclər yoxdur. Sadəcə tələbə qidanmadan başqa xidmətə pul xərcləmir. Gündə üç dəfə qidalanmaq üçün aylıq paket də əldə etmək olar”, – Fərid sözlərinə əlavə edib.  

Yuxarıda sadalandığı kimi, Fərid İskəndərov bildirib ki, hər bir tələbə üçün masa təşkil olunsa da, sakitliyə tam riayət olunması üçün ayrıca otaqlar da nəzərdə tutulub. Tələbələr burada mühazirələrə hazırlaşmaq üçün kitab və kompüterdən istifadə edə bilər.

Yataqxada mərkəzləşdirilmiş kondisioner sistemi də var ki, buna görə də bura qışda isti, yayada sərin olur. Bununla yanaşı, yataqxanada mühafizə xidməti və yanğınsöndürmə təhlükəsizliyi də yüksək səviyyətə təşkil olunub:

“Çoxlu planlarımız var. Xarici mütəxxəsisləri cəlb edərək özünü inkişaf etdirmək istəyən və öz üzərində çalışan tələbələrdən ibarət cəmiyyət təşkil etmək istəyirik. Burada karyera mərkəzi də fəaliyyət göstərəcək ki, tələbələr CV-nin yazılması, sənədlərin təqdim edilməsi, müsahibələrə hazırlıq üzrə köməklik ala bilərlər. Yəni tələbənin universitetdən sonrakı həyata hazırlığı aparılacaq.

Tələbələr arasında hər bir mərtəbəyə cavabdeh olanı seçəcəyik. O, hər şeyə nəzarət edərək, digər sakinlərin problemlərini həll edəcək, yeni gələn tələbələrə köməklik göstərəcək. Bununla tərəfimizdən endirim, bonus və ya hədiyyə şəklində üstünlük alacaq. Bu təcrübə həmin tələbənin lider kimi yetişməsinə kömək olacaq”.

Həmsöhbətimizin sözlərinə görə, Univerium kompleksində bir sıra qaydalar mövcuddur, bunlardan birincisi qarşılıqlı hörmətdir. Nəzərə alsaq ki, burada əcbəni tələblərlə yerli tələblər birgə yaşayacaq onların ümumi dil tapması, bir birinə hörmətlə yanaşılması vacibdir. İkinci qayda yaşadığın yerə hörmətdir. Qapını, mebeli, pəncərəni sındırmaq və ziyan vurmaq olmaz. İşçilər tərəfindən də yataqxanaya öz evin kimi sevgi aşılanacaq. Çünki burada tələbələr bir günlük yaşamayacaqlar.  

Univerium sağlam həyat tərzinin tərəfdarıdır – idman zalından başqa həyətdə velosiped üçün dayanacaq, basketbol meydançası, pinq-ponq masaları da var.

“Kompleksmizin daha bir müsbət tərəfi yerləşməsidir. O Bakıxanov və Hacıbəyli küçələrinin kəsişməsində, “Gənclik” və “28 May” metrostansiyalarının yaxınlığında yerləşir. Bir çox universitetlər yaxınlıqda, bir çoxlarına isə nəqliyyatla asanlıqa getmək olar. Tələbələr hansı unversitetə hansı avtobusla getmək üçün faydalı məlumatlar siyahısı da təqdim edirik.

Kompleksmizdəki tələbələrə endirm edən tərəfdaş-məkanlar da var. Bununla da yataqxanadan çıxan tələbə hansı məkanda aşağı qiymətə xidmət göstəriləcəyindən xəbərdar olacaq. Bu sahədə çalışaraq tərəfdaş-məkanların siyahısını genişləndirəcəyik”.

Həmsöhbətimiz sonda sözlərinə əlavə edib ki, Univerium-un rəsmi açılışı hələ ki olmayıb. Lakin layihənin reklam olunmamasına baxmayaraq, tələbələr tərəfindən böyük marağa səbəb olub. Kompleks əməkdaşları universitetlərə gedərək yataqxana haqqında məlumat verdikdə buraya gəlmək istəyənlərin sayı daha da artacaq.

Yataqxanda yaşamaq, kompleks haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi sayta keçin.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net