İçindən iynə çıxan konfetlə bağlı açıqlama – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İçindən iynə çıxan konfetlə bağlı açıqlama – FOTO – YENİLƏNİB

11:19 - 15 / 07 / 2019
İçindən iynə çıxan konfetlə bağlı açıqlama – FOTO – YENİLƏNİB

Ötən gün sosial şəbəkədə Kamran Əli adlı Bakı sakini mağazadan aldığı konfetlərdən iynə çıxması haqqında paylaşım etmişdi.

1news.az-ın verdiyi xəbərə görə, mətbuat da məsələyə həssas yanaşaraq, bu xəbəri tirajlamışdı. Xəbərdə bildirilirdi ki, həmin dəmir parçası "Elvan Gida" şirkətinin istehsalı olan "Toffix" konfetlərinin içindən çıxıb.

"Elvan Gida" məhsullarının Azərbaycan üzrə distrübütoru "Şam-Fi" şirkəti məsələyə operativ reaksiya verərək, şikayətçi ilə dərhal əlaqə yaradıb və mövzunu araşdırıb.

Bu haqda Kamran Əli özü sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, şirkətin yerindəcə araşdırmasından sonra məlum olub ki, əslində dəmir parçası  "Toffix" konfetlərindən deyil, xarici görünüş etibarı ilə dizaynını və adını bu məhsula oxşadan və yerli istehsal olan "Tropix" konfetlərindən çıxıb. Bu məhsulun isə "Elvan Gida" şirkətinə heç bir aidiyyatı yox imiş. Şikayətçi öz paylaşımından bu yanlışlığın yaratdığı narahatlığa görə üzrxahlıq edib.

"Elvan Gida" qrupu və "Şam-Fi" şirkəti də mövzu ilə bağlı öz rəsmi səhifələrində paylaşım ediblər:

"İlk öncə, yaşanılan hadisədən dolayı məyus olduğumuzu bir daha bəyan edirik.

"Elvan Gıda Grubu” olaraq bildiririk ki, məhsullarımızın istehsal prosesi İstanbuldakı Sefaköy fabrikində qida məhsullarının təhlükəsizliyinin təminatı olan ISO 22000, keyfiyyəti təsdiq edən ISO 9001 və halal sertifikatlar əsasında, beynəlxalq standartlara uyğun modern texnologiya və ERP sistemi vasitəsilə tam avtomatlaşdırılaraq qhəyata keçirilir.

"Toffix" məhsulları isə istehsal prosesində iki dəfə - ilk olaraq məhsul formalaşadırılmadan əvvəl bütöv şəkildə (bir növ uzun xəmir halında) və daha sonra isə qablaşdırılmadan öncə formalaşdırılmış halda metal detektordan keçir. Metal detektor 1.5 mm dəmir, 2.5 mm dəmir olmayan və 2.5 mm paslanmaz polad metal test kitləri ilə davamlı olaraq iki saatlıq fasilələrlə effektiv şəkildə yoxlanılır və nəzarət edilir. Metal detektorlar isə davamlı şəkildə çalışır və idarəetmə xüsusi bir komanda tərəfindən edilir. ...

Digər tərəfdən, paylaşılan fotoda qeyd edilən "Tropix” markasının "Elvan Gida” ilə heç bir bağlılığı yoxdur.

Bir daha bildiririk ki, Toffix məhsullarından çox rahat şəkildə istifadə edə, azyaşlı, kiçik dostlarımıza məsləhət görə bilərsiz".

12 iyul

Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Kamran Əli adlı Bakı sakininin sosial şəbəkədə paylaşdığı fotodan və yazdığı qeyddən aydın olur ki, "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içərisindən ölümcül nəticələrə səbəb ola biləcək dəmir parçası çıxıb.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Kamran Əlinin paylaşımının altında şərh yazan başqa şəxslər də bu konfeti ən çox uşaqların istifadə etdiyini və ortaya çıxan bu məsuliyyətsizliyin ölümcül nəticələrə səbəb ola biləcəyini, bu məhsulları uşaqlarına verməyəcəklərini yazıblar.

Ekspress.az

S.Xankişiyeva

Paylaş:
1219

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər