Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB

12:05 - 15 / 01 / 2021
Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB

COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək,

1news.az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliliyi 90 faizdən çoxdur:

"Çində hazırlanan "Sinovac" vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliliyi 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir. Bu, o deməkdir ki, biz bu vaksini 100 nəfər üçün istifadə etsək, onların 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyi yüngül keçirə bilər".

A.Qurbanov əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə görə, bir vaksin insanı virusdan 50 faizdən çox qoruyursa, o, effektiv sayılır.

TƏBİB rəsmisi qeyd edib ki, istifadə edilən vaksinlər minimal yan təsirlərə malikdirlər.

Onun sözlərinə görə, dünyada istifadə edilən digər vaksinlərdə də belə hal özünü göstərir.

Xatırladaq ki, dünən canlı yayımda Türkiyə dövlət başçısı Ərdoğana Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub. Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak" əczaçılıq korporasiyası tərəfindən hazırlanmış "CoronaVac" inaktiv peyvəndindən istifadə olunur.

Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

Türkiyə dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər