Vaxt hər gün azalır - yeni nəsil kassaya keçidi "Az Smart" ilə tezləşdirin! - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vaxt hər gün azalır - yeni nəsil kassaya keçidi "Az Smart" ilə tezləşdirin! - FOTO

09:50 - 06 / 08 / 2019
Vaxt hər gün azalır - yeni nəsil kassaya keçidi "Az Smart" ilə tezləşdirin! - FOTO

Son dövrlər ölkədə vergilər sahəsində həyata keçirilən islahatlar vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi və sahibkarlığın inkişafı qarşısında da yeni üfüqlər açmaqdadır. Bu istiqamətdə aparılan səmərəli islahatlardan biri də ölkə üzrə aparılan kassa əməliyyatlarının real vaxt rejimində Vergilər Nazirliyinin informasiya bazası ilə əlaqələndirilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, ötən ilin noyabr ayında Vergilər Məcəlləsinə bir sıra dəyişikliklər edilib  və bu dəyişiklərin sırasında bütün sahibkarlıq subyektlərində mərhələli şəkildə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi də yer alıb. Vergi informasiya sistemi bazası ilə əlaqəli rejimdə fəaliyyət göstərən yeni nəsil NKA-lar kassa əməliyyatları barədə məlumatların real zaman çərçivəsində Vergilər Nazirliyinin informasiya bazasına ötürülərək sinxronlaşdırılmasını təmin edir, bu da öz növbəsində kassa əməliyyatlarının uçotunun düzgün aparılması və bu sahəyə nəzarətin təkmilləşdirilməsi ilə yanaşı, sahibkarlıq subyektlərinin daha şəffaf fəaliyyətini təmin edəcəkdir.  

Yeni nəsil NKA-lara keçid necə baş verəcək?

Qeyd etmək lazımdır ki, sözügedən yeniliyin ölkəmiqyaslı mahiyyəti yeni nəsil NKA-larına keçidin məhz mərhələli şəkildə həyata keçirilməsini şərtləndirib. Bununla bağlı olaraq, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli “Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin təsdiq edilməsi haqqında Qərar”ında yeni nəsil NKA-ların ölkə üzrə bütün təsərrüfat subyektlərində ümumilikdə dörd mərhələdə tətbiqinin təmin edilməsi əksini tapıb. Qrafikə əsasən, yeni nəsil NKA-lara keçidin ilk mərhələsi cari ilin 1 iyul və 1 oktyabr tarixlərinədək olan müddət əhatə edir və bu dövr ərzində ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələrinin yeni nəzarət-kassa aparatları ilə təchizatı prosesi yekunlaşmalıdır. Paralel olaraq, oktyabrın 1-dək ikinci mərhələdə ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicilərinin, şadlıq evlərinin və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrin yeni kassa aparatları ilə təmin olunması başa çatdırılacaq.

Üçüncü mərhələdə yeni nəsil NKA-ların ƏDV ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılması və bu prosesin 2020-ci ilin 1 yanvar tarixinədək bitməsi nəzərdə tutulur. Nəhayət, bütün ölkə üzrə yeni nəsil NKA-lara keçidin 2022-ci ilin dekabrın 31-də tamamilə başa çatması müəyyən olunub ki, bu tarixədək digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) bu aparatlarla təchizatını tamamlamalıdır. 

Yeni nəsil NKA-lara keçid sahibkarlar üçün hansı üstünlükləri vəd edir?

Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ölkədə biznes mühitinin daha da sağlamlaşdırılması və sahibkarlıq fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması baxımından olduqca əlamətdar hadisədir. Bu yeniliyin gətirəcəyi faydalardan ən başlıcası həm sahibkarların, həm də dövlətin marağında olan şəffaflıq amilinin artması ilə bağlıdır. Yeni nəsil NKA-lar vasitəsilə aparılan kassa-uçot əməliyyatları barədə məlumatların real zaman rejimində avtomatik olaraq Vergilər Nazirliyinin informasiya sistemlərinə ötürülməsi vergi orqanlarının sahibkarın vəziyyəti barədə davamlı şəkildə məlumatlı olmasını təmin edəcək, bu isə öz növbəsində, sahibkarların öz fəaliyyətini daha operativ və çevik təşkil etməsinə şərait yaradacaq.

Eyni zamanda, yeni nəsil NKA-ların təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının köməyilə sahibkarlar daxili uçot sistemlərini səhmana sala və bundan öz fəaliyyətləri daxilində yararlana biləcəklər. Belə ki, yeni kassa aparatları əsas funksiyaları ilə yanaşı biznes subyektlərinə daxili uçot və hesabatlılığı daha keyfiyyətli, avtomatlaşdırılmış müstəvidə təşkil etmək imkanı verir. Artıq biznes sahibləri istənilən vaxt cari vəziyyətlə tanış olmaq üçün bu proqram təminatının köməyilə özlərinə lazım olan daxili hesabatları operativ qaydada generasiya edə və tanış ola biləcəklər. Bu, eyni zamanda daxili anbar uçotunun aparılmasına da müsbət təsir edəcək – yeni nəsil NKA operatorunun təqdim etdiyi əlavə imkanlardan istifadə etməklə sahibkarlar avtomatlaşdırılmış proqram təminatının və bir-biri ilə inteqrasiya edilmiş daxili sistemlərin (ERP sistemin) sayəsində istənilən an anbarda qalan mal və məhsullar üzrə dəqiq məlumatı görə biləcəklər. Bu cür imkanlar biznes subyektlərinə öz fəaliyyətlərini daha rasional və səmərəli şəkildə təşkil etməkdə yardımçı olacaq.

Yeni nəsil NKA-ların tətbiqi sahəsində “AZ Smart” təcrübəsi

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə fəaliyyət göstərən qabaqcıl fiskal həll təminatçılarından biri də “AZ Smart” şirkətidir. Yeni nəsil NKA operatoru kimi rəsmi qeydiyyatdan keçmiş şirkətlərdən biri olaraq “Az Smart” şirkəti hazırda iki növ kassa aparatını sifarişçilərə təqdim edir – bunlar yalnız nəğd ödənişlər üçün nəzərdə tutulan “AZ Smart Mobile” kassaları və həm nəğd, həm də ekvayrinq (bank kartı) üsulu ilə ödəniş qəbul edən “AZ Smart Bank” kassa aparatlarıdır. Təyinatından göründüyü kimi, hər iki kassa aparatının özünəməxsus istifadəçi auditoriyası var və bu baxımdan “AZ Smart” şirkətinin təqdim etdiyi NKA-lar bazarda çevikliyinə görə özünəməxsus yer tutur.

“AZ Smart” şirkətinin təqdim etdiyi yeni nəsil nəzarət-kassa aparatları onları bazarda mövcud olan analoqlarından üstün mövqeyə çıxaran bir sıra üstünlüklərə malikdir. Bunlardan ən başlıcası bu NKA-ların operatoru olan “AZ Smart” şirkətinin istifadə etdiyi biznes-modelin effektivliyidir – belə ki, şirkət əməkdaşlıq etdiyi əcnəbi NKA istehsalçısı ilə qurduğu səmərəli işgüzar münasibətləri sayəsində yerli bazarda müştərilərinə daha çevik və onların ehtiyaclarına uyğun xidmət göstərmək imkanına malikdir. Belə ki, yerli bazarda “AZ Smart” brendi altında təşviq edilən nəzarət-kassa aparatları məhz sifarişçinin istək və ehtiyaclarına çevik şəkildə uyğunlaşdırıla və təhvil verilə bilir.

Bundan əlavə, əminliklə demək olar ki, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatları həm texniki-proqram xüsusiyyətlərinə, həm də bundan irəli gələn istifadəçi rahatlığına görə də rəqabətdə önə çıxır. Geniş imkanlar təqdim edən Android əməliyyat sistemi üzərində işləməsi, avtomatlaşdırılmış ERP sistemlərini inteqrasiya etməyə və daxili anbar uçotunu təkmilləşdirməyə imkan verən proqram təminatının mövcudluğu, fasiləsiz rejimdə fəaliyyət göstərən çağrı mərkəzi və texniki dəstək xidməti, eləcə də hər miqyasda biznesin ehtiyaclarına uyğun təyin edilmiş qiymət siyasəti “AZ Smart” yeni nəsil NKA-larını səciyyələndirən üstünlüklərdəndir. Beləliklə, “AZ Smart” şirkətinin nəzarət-kassa aparatlarından istifadə edən sahibkarlar öz bizneslərinin qabaqcıl fiskal həllər əsasında fəaliyyət göstərməsindən əmin ola və təcrübədə bunun verdiyi üstünlüklərdən rahatlıqla faydalana bilərlər.

“AZ Smart” şirkəti haqda:

 “AZ Smart” şirkəti fiskal həllər və biznes proseslərinin avtomatlaşdırılması sahələrində çalışan qabaqcıl xidmət təminatçısıdır. Azərbaycanda əhəmiyyətli layihələrin icrasında yaxından iştirak edən şirkət Avropa və MDB məkanında da zəngin iş təcrübəsinə malikdir. 2019-cu ildə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) operatoru qismində rəsmi qeydiyyata alınmış “AZ Smart” şirkəti hazırda “AZ Smart” brendi altında yeni nəsil NKA-ların ölkədə təşviqi sahəsində fəaliyyət göstərir. Şirkət haqda daha ətraflı məlumatla www.azsmart.az veb-saytında tanış olmaq mümkündür.

Reklam hüququnda 

Paylaş:
1744

Son xəbərlər

Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30
Bütün xəbərlər