Vladimir Zelenski Elmira Axundovanın etimadnaməsini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vladimir Zelenski Elmira Axundovanın etimadnaməsini qəbul edib - FOTO

11:15 - 30 / 05 / 2020
Vladimir Zelenski  Elmira Axundovanın etimadnaməsini qəbul edib - FOTO

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib. 

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra Ukrayna Prezidenti Vladimir Zelenski səfirlə söhbət edib. Səfir Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ukraynanın dövlət başçısına çatdırıb. O, Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımlarının artırılmasının vacibliyinə toxunan səfir bildirib ki, ölkəmizdə xarici sərmayəçilər üçün münbit şərait mövcuddur.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün xüsusi nəzarət mexanizminin işlənib hazırlanması olduqca vacibdir. Eyni zamanda, ukraynalı tələbələrin Azərbaycanın tanınmış ali məktəblərində təhsil alması üçün birgə səylər artırılmalıdır.

Sonra səfir müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabının rus dilinə tərcümə olunmuş variantını Ukrayna Prezidentinə hədiyyə edib. Bildirib ki, kitabda Azərbaycan xalqının Ümummilli Liderinin daha dolğun və obyektiv bioqrafiyası yer alıb və bir neçə dildə çap olunub.

2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Ukrayna Prezidenti Vladimir Zelenski ilk öncə Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını vurğulayan Vladimir Zelenski ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldığını deyib və əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Ukraynanın beynəlxalq arenada əməkdaşlığını yüksək qiymətləndirib və GUAM çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin önəmli olduğunu söyləyib.

Görüşdən sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçəklər düzüb. Daha sonra İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək ehtiramını bildirib.

1news.az

Paylaş:
705

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər