Vladimir Zelenskinin andiçmə mərasiminin vaxtı məlum oldu
Ukrayna Ali Radası yeni prezident seçilmiş Vladimir Zelenskinin andiçmə mərasiminin mayın 20-də keçirilməsi barədə qərar qəbul edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ali Radada inauqurasiya mərasiminin tarixi ilə bağlı 7 layihə müzakirəyə çıxarılıb. Təklif olunan günlər mayın 17, 19, 20, 26, 28 və iyunun 1-i idi.
Ali Radada səsvermə nəticəsində böyük səs çoxluğu ilə inauqurasiyanın mayın 20-də keçirilməsi barədə qərar qəbul edilib.
1news.az
461