Vüqar Bayramov: 2020-ci ilin I yarısında ictimai iş yerlərində rekord səviyyədə artım müşahidə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: 2020-ci ilin I yarısında ictimai iş yerlərində rekord səviyyədə artım müşahidə edilib

14:38 - 16 / 07 / 2020
Vüqar Bayramov: 2020-ci ilin I yarısında ictimai iş yerlərində rekord səviyyədə artım müşahidə edilib

“2020-ci ilin birinci yarımilliyin yekunları göstərir ki, pandemiya və eyni zamanda neft bazarında volatillik Azərbaycan iqtisadiyyatına təsir göstərsə belə, amma Azərbaycan iqtisadiyyatında, xüsusən də qeyri-neft sektorundakı pozitiv tendensiya davam edib”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib:

“Bu ilin I yarım ilində Ümumi Daxili Məhsulda (ÜDM) 2,7% azalma qeydə alınıb. Amma digər ölkələrlə müqayisədə, xüsusən də inkişaf etmiş ökələrlə müqayisə etsək, bu azalma məqbul hesab edilə bilər. Çünki buna pandemiya təsir edirdi, neftin qiyməti aşağıdır, OPEC+ çərçivəsində Azərbaycanın əlavə öhdəlikləri var, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı qərar qəbul etməsinə gətirib çıxarıb. Bu da ÜDM-ə birbaşa təsir göstərir. Pozitiv tendensiya ondan ibarətdir ki, qeyri-neft sənayesində 11%-dən çox artım olub. Eyni zamanda kənd təsərrüfatında 2,2% artım qeydə alınıb ki, xüsusən də qeyri-neft sektorunun pandemiya dövründə iqtisadiyyatdakı drayver rolunun davam etməsindən xəbər verir”.

Deputatın bildirib ki, 2020-ci ilin yarım ilində sosial istiqamətə ayrılan vəsaitlərin həcmində azalmalar müşahidə edilməyib.

“Amma ictimai iş yerlərində rekord səviyyədə artımasını müşahidə etmişik. 2020-ci il üçün bu 40 min nəzərədə tutulmuşdusa da, amma ölkə Prezidentinin göstərişi ilə 90 minə çatdırıldı. Eyni zamanda özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilərək 12 minə yaxın ailəni əhatə edir. Ünvanlı sosial yardımda sahəsində də həm bu yardımdan faydalanır, həm də istifadə edənlərin sayında da artım müşahidə olunur. Orta aylıq əmək haqqı da bu il 25% artıb”.

V.Bayramov xüsusi olaraq vurğulayıb ki, ən vacib məqamlardan biri dövlət büdcəsinin gəlirlərində şəffaflığın tam təmin edilməsilə bağlı idi.

“Bu da nəticə etibarilə həm gömrük, həm də vergi mənbələrindən daxilolmalara birbaşa təsir göstərib ki, şəffaflıq həm də idxalın 2015-ci il ilə müqayisədə dəyişməməsinə baxmayaraq, amma idxal məhsullarından büdcəyə daxilolmalar 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artıb. Bu da təbii ki, birbaşa şəffaflığın gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlıdır. Eyni zamanda iqtisadiyytaın ağarması dövlət büdcəsi üçün yeni imkanlar yaradır və dövlət büdcəsinin gəlirlərinə birbaşa təsirini göstərir. Baxmayaraq ki, neft bazarındakı volatillik fiskal təsirlərə məruzdur, amma şəffaflıq gücləndirilməsi, iqtisadiyytaın ağardılması dövlət büdcəsinin gəlirlərinə pozitiv təsir göstərməkdə davam edir.

Həm də nəzərə alsaq ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf İndeksində əvvəlki illərlə müqayisədə irəliləyərək 54-cü yerdə qərarlaşıb və bu, region ölkələri arasında ən yaxşı göstərici hesab olunur. Sözsüz, növbəti dövr üçün büdcə gəlirlərinin strukturunda və eyni zamanda dövlət büdcəsində ayırmalarda artıq müasir çağırışlara uyğun olaraq yeni yanaşma tətbiq olunacaq və xüsusən də, 2020-ci ilin dövlət büdcəsində sosial sahəyə xüsusi diqqət yetiriləcək. Və bu istiqamətdə ayrılmış vəsaitin həcminə təsir edəcək. Eyni zamanda təbii ki, sosial layihələrlə yanaşı, strateji infrastruktur layihələrinin icrası növbəti aylarda, eləcə də 2021-ci ildə təmin olunacaq”.

Millət vəkili bildirib ki, bütövlükdə, 2020-ci ilin ilk yarımilinin yekunları göstərir ki, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmaqla bağlı çevik reaksiya nümayiş etdirən ölkələrdən biridir:

“Pandemiya ilə bağlı həyata keçirilən, reallaşan paketlər strateji əhəmiyyət daşıyır. Növbəti aylarda və postpandemiya dövründə sahibkarlara, eləcə də vətəndaşlarımızın daha yaxından dəstəklənməsini həyata keçirir. Bu baxımdan xüsuslə də, qeyri-neft sektorundakı artım ondan xəbər verir ki, pandemiyanın iqtisadiyyata təsirləini minimumlaşdırmaq mümkün olur və növbəti dövrlərdə də bu məsələ prioritet olaraq qalacaq”.   

Mövzu ilə əlaqədar oxuyun:

Vüqar Bayramov: Azərbaycan BMT-nin 2020-ci il hesabatında regionun lider ölkəsidir

Arzu Nağıyev: BMT Azərbaycan dövlətinin əldə etdiyi uğurları yüksək qiymətləndirib

S.Xankişiyeva

 

Paylaş:
965

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər