“Amnesty International” Ermənistanın cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

“Amnesty International” Ermənistanın cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə

17:17 - 15 / 01 / 2021
“Amnesty International” Ermənistanın cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə

"44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsa da onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bidirib:

"Diqqət çəkən məqam istər  müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi  qeyd edən beynəlxalq hüquq müdafiə  təşkilatlarının  müharibədən  sonra  reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır.   Bu baxımdan “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir. Belə ki, qurum növbəti dəfə   44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair  hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir".

V.Rəhimzadə qeyd edib ki, bu kimi hesabatlar Azərbaycanın haqlı mövqeyinin, Ermənistanın əsl simasının,  atdığı  beynəlxalq hüquqazidd addımların təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Amma bugünümüz üçün real olan  məsələ, əsas çağırış bu hesabatlarda, ümumiyyətlə, qəbul olunan sənədlərdə əksini tapan  problemlərin  fonunda sözdən əmələ keçilməsinin zəruriliyidir:

«Azərbaycan 30 ilə yaxın dövrdə  dünyadan nüfuzlu   beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını, beynəlxalq  hüquq normalarına əməl olunmasını gözlədi. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi  4 qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu,  erməni işğalçı  qüvvələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı.  30 ildə bu qətnamələrin icrası istiqamətində hər hansı addım atıldımı? Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə  ən yüksək tribunalardan bəyan edirdi ki,  kağız üzərində qalan qətnamələrin  icrasına böyük ehtiyac var. Amma  dünyanın aparıcı dövlətləri və nüfuzlu  beynəlxalq təşkilatları  görməzdən və eşitməzdən gələrək yenə də ikili siyasətlərini davam etdirməkdə idilər. Sonda nəticə necə oldu? Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti sayəsində işğala son qoydu, yeni tarix yazdı, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu əməldə təsdiqlədi,  ən əsası dünyanın xarici siyasətini dəyişdi. Bir daha dünyaya çatdırıldı ki, bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı və  vahid icra mexanizmi müəyyənləşdirilməlidir,»

Baş redaktor qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq  nüfuzlu mətbu orqanına  müsahibələri zamanı  qərəzdən yaranan, Ermənistana dəstək xarakterli  sualları  təmkinlə cavablandırarkən  Azərbaycanın  heç vaxt beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadə etmədiyini,  mülki şəxsləri hədəf seçmədiyini,  bu kimi  addımların Ermənistana məxsus olduğunu dəfələrlə bildirmişdir.  Əsas olan dünyanın aparıcı dövlətlərinin, nüfuzlu  beynəlxalq təşkilatlarının  ədalət prinsipini öndə saxlayıb, düzgün yanaşma ortaya qoymaları idi. Bu gün həmin yanaşmalar  özünü qabarıq şəkildə büruzə verir. “Amnesty International”  təşkilatının hesabatları da bunun bariz nümunəsidir.

V.Rəhimzadə  vurğulayıb ki, həmin hesabatda  bu məqam xüsusi önə çəkilir ki,  hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra “Amnesty International”ın ekspertləri Azərbaycanın  raket zərbələrinə məruz qalmış bir sıra ərazilərinə səfərlər ediblər: «Həmin ekspertlər vəzifəli şəxslərlə, raket zərbələrindən sağ qalmış insanlarla və həlak olmuş mülki şəxslərin yaxınları ilə görüşüblər. Təşkilatın böhran qrupu raket qalıqlarını təhlil edərək müharibə zamanı çəkilmiş videoları, fotoları və peyk şəkillərini də araşdırıblar.  “Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib. Hesabatda əksini tapan təsdiqlənmiş faktlar işğalçı Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını bir tələb kimi ortaya qoyur.  Əmin olmaq istərdik ki, qurum gələcək hesabatlarında bu məqamları da xüsusi qeyd edəcək».

1news.az

Paylaş:
381

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər