Vüqar Rəhimzadə: “Avropa Şurasının siyasəti yalnız qərəz və böhtan üzərində qurulub” | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: “Avropa Şurasının siyasəti yalnız qərəz və böhtan üzərində qurulub”

16:13 - 05 / 06 / 2020
Vüqar Rəhimzadə: “Avropa Şurasının siyasəti yalnız qərəz və böhtan üzərində qurulub”

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər” zamanı bunun bir daha şahidi olduq. Əksər təşkilatlardan fərqli olaraq AŞPA bu “seçkiləri” qınamadı.

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı AŞPA-nın Dağlıq Qarabağdakı saxta “seçkilər”lə bağlı mövqeyini sərt şəkildə tənqid edərək onu ədalətsizlikdə, ikili standarlara söykənən siyasət yürütməkdə günahlandırdı:

“Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”.

Dövlət başçısının sözlərinə görə, AŞPA Azəraycana qarşı müxtəlif  ittihamlar səsləndirsə də, dünyanın bəzi Qərb ölkələrində baş verən polis zorakılıqlarını, nümayişçilərin kütləvi həbsini, döyülməsini görməzdən gəlir:

“Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq.

Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, Avropa Şurası bəzi beynəlxalq təşkilatlar kimi birmənalı şəkildə Azərbaycana qarşı ikili standartlar nümayiş etdirir, qərəzli mövqedən çıxış edirlər:

“Avropa Şurasının yaranmasından bu günə qədər müəyyən bir zaman keçməsinə baxmayaraq bu gün artıq o, funksiyasında deformasiyaya uğrayıb. Ona daxil olan, eləcə də ABŞ-da insan haqlarıın pozulmasına, insan hüquqlarının tapdalanmasına göz yumur, lakin bir çox məqamlarda Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürür, Azərbaycan kimi bir sıra digər ölkələrə qarşı da bundan təsir vasitəsi kimi istifadə etməyə çalışır”.

Avropa Şurasının ona üzv olan ölkələrə müasibətdə və qarşıya qoyulan məqsədlərə çatmaqda ədalətli mövqe sərgiləmədiyini deyən baş redaktorun sözlərinə görə, onun siyasətinin yalnız qərəz və böhtan üzərində qurulduğunu söyləyib:

“Baxsaq görərik ki, Avropa Şurası nə ona üzv olan ölkələrə müasibətdə, nə də ki, qarşıya qoyulan məqsədlərə çatmaqda ədalətli mövqe sərgiləmir. Bu təşkilatın siyasəti yalnız qərəz və böhtan üzərində qurulub. İkili yox, deyərdim ki, onlu standartlarla xidmət göstərən, Avropa və dünya dəyərlərinə, eləcə də insan haqlarına qarşı hörmətsizlik nümayiş etdirən Avropa Şurası artıq nüfuzunu tamamilə itirməkdədir”.

1news.az

Paylaş:
1328

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər