Vüqar Rəhimzadə: Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir

17:11 - 22 / 10 / 2020
Vüqar Rəhimzadə: Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir

“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

O, deyib ki, ötən müddət ərzində nümayişkaranə sürətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla BMT və beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilmədi.

"Bu günə qədər dünya birliyi təcavüzkarla təcavüzə məruz qalana eyni prinsiplər əsasında yanaşdığına, hətta əksər hallarda işğalçıya dəstək olduğuna görə Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu. Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşmışdı ki, “Qarabağ Ermənistandır” deyirdi, hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşırdı”.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxarmışdı. Ən acınacaqlı mənzərə isə odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxmışdı. Digər ölkələrə münasibətdə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda Ermənistanla bağlı həmin sənədlərə toxunmurdular: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884  saylı qətnamələrə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin çox təəssüflər olsun ki, özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan bu tələbləri qulaq ardına vurur, qudurqanlığına və özbaşınalığına görə işğalçı dövlətə güldən ağır söz deyən olmurdu. Faktiki olaraq 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edir. Bununla da Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti öz silahı gücünə, zəfər döyüşləri ilə təmin etməli olur. Bir az da konkretləşdirmiş olsaq, Azərbaycan Ordusunun gücü və qətiyyəti sayəsində 1993-cü ildən bu günə qədər kağız üzərində qalan BMT TŞ tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884  saylı qətnamələrin icrası təmin olunur”.

1news.az

Paylaş:
395

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər