Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır

17:17 - 10 / 07 / 2019
Vüqar Rəhimzadə: Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri əks etdirən mesajlar ünvanlanır

“Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır. Elə mütəmadi olaraq paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə aparılan müzakirələr bunu deməyə əsas verir.

Təbii ki, bütün bunlar səbəbsiz deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət beynəlxalq aləm üçün cəlbedici olmaqla yanaşı, region və dünyaya sabitlik, sülh və təhlükəsizlik vəd edir. Azərbaycanın təşəbbüsü ilə reallığa çevrilən qlobal layihələr ölkələr arasında yeni əməkdaşlıqların meydana gəlməsinə və daha da genişlənməsinə yol açır. Bu layihələr qarşılıqlı milli maraqlara hörmət etməklə hər bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq təzahürüdür: “Azərbaycan nə NATO, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Buna baxmayaraq, bu qurumları təmsil edən qlobal güclərin nümayəndələrinin məhz Bakıda görüşmələri ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir. Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan dünya miqyasıdan söz sahibi olan ölkələr sırasındadır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, qitələri birləşdirən, böyük güclərin hörmətlə yanaşdığı, hər zaman hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib: “Bu məkandan isə dünyaya sülh, sabitlik və multikultural dəyərləri, birgə əməkdaşlığı əks etdirən mesajlar ünvanlanır”.

S.Xankişiyeva

 

Paylaş:
418

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər