Vüqar Rəhimzadə: Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

16:32 - 27 / 02 / 2020
Vüqar Rəhimzadə: Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

“Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyənin əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub. Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirilən bəyanatlar, imzalanan yeni sazişlər onu deməyə əsas verir ki, iki qardaş ölkə arasında hərtərəfli münasibətlər getdikcə daha da güclənir. Elə Türkiyə tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Dilucu sərhəd-keçid məntəqəsində bir neçə gün əvvəl tətbiq olunan məhdudiyyətin aradan qaldırılması və məntəqənin fəaliyyətinin bərpa edilməsi də qardaşlıq münasibətlərinin ən bariz nümunəsi oldu”.

Bu sözləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, hazırda qardaş ölkələrimiz iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər: “Hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olur. Məhz bu mənada bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan, iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.

“İki sahil” qəzetinin baş redaktoru, həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfərinin də mahiyyətini və nəticələrini açıqlayıb: “Bu səfər zamanı Azərbaycan və Türkiyə arasında 14 yeni sənəd imzalandı və bu sazişlərin hər biri qardaş ölkələrin iqtisadi-ticari əlaqələrinin daha da gücləndirilməsinə imkan yaradacaq. Qeyd edim ki, iki ölkə arasında 2019-cu ildə ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Lakin imzalanan yeni sənədlərlə, o cümlədən preferensial ticarət sazişi ilə iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına böyük təkan veriləcək. Təsadüfi deyildir ki, yaxın gələcəkdə qardaş ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması planlaşdırılır. Yəni, hədəf ticarət dövriyyəsinin 3 dəfə artırılmasıdır.

Bununla yanaşı,  hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və onlar 300-dən çox layihə çərçivəsində 16 milyard dollar həcmində iş görüblər. Eyni zamanda, Azərbaycan Türkiyə iqtisadiyyatına 18, Türkiyə isə öz növbəsində Azərbaycana 12,5 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməkdədir. Əminliklə demək olar ki, dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan mühüm sazişlər Azərbaycan və Türkiyəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək”.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər