Vüqar Rəhimzadə: Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır

17:26 - 13 / 05 / 2019
Vüqar Rəhimzadə: Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır

“Sabitlik, təhlükəsizlik və inkişaf bugünkü Azərbaycanın reallıqlarını əks etdirən əsas amillərdəndir. Təbii ki, biz bu sözləri öz-özümüzə demirik. Bu göstəricilər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, ayrı-ayrı xarici siyasətçilərin, ictimai xadimlərin dilindən səslənir, bəyan edilir. Bəli, bu gün ölkəmiz öz ictimai-siyasi sabitliyi, daxili təhlükəsizliyi və dinamik inkişafı ilə dünyaya nümunə göstərilir. Sözsüz ki, sabitlik və təhlükəsizlik olmadan hansısa inkişafdan danışmaq mümkün deyil. Azərbaycandakı sabitlik və təhlükəsizlik beynəlxalq birlik üçün də cəlbedicidir. Təsadüfi deyil ki, son illərdə ölkəmiz “Eurovision” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə və s. bu kimi mühüm tədbirlərə ev sahibliyi edib və bu işin öhdəsindən layiqincə gəlib”.

Bu fikirləri 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu mühüm idman hadisəsi olmaqla yanaşı, ölkəmizə olan inam və etimadın əsas göstəricisidir: “Qeyd etdiyimiz kimi, ölkəmizin mühüm beynəlxalq, xüsusilə idman tədbirlərinin keçirilməsi ilə bağlı zəngin təcrübəsi var. Çox təəssüf ki, bu əlamətdar hadisə ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycana aid səyahət “tövsiyələri” yayıb və digər qərəzli dairələr çirkin kampaniya aparırlar. Biz istər Birinci Avropa Oyunları, istər IV İslam Həmrəyliyi Oyunları, istərsə də Formula 1 üzrə Azərbaycan Qran-Prisi zamanı anti-Azərbaycan dairələrin bu cür qərəzli, nadürüst təbliğatlarının şahidi olmuşuq. Bu mənada Qərbin bəzi dairələrinin bu “ənənəsi” bizə yaxşı tanışdır. Ancaq Azərbaycan xalqı və höküməti bu cür hadisələr zamanı hər zaman öz haqlı mövqeyini bildirib və belə qərəzli ünsürləri yerində oturtmağı bacarıb”.  

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı irəli sürdüyü iddiaların heç bir əsası yoxdur: “Guya ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilmir, viza rejimi ilə bağlı problemlər var, “Arsenal” futbol klubunun erməni əsilli oyunçusu Genrix Mxitaryanın ölkəmizə gəlməsi ilə bağlı narahatlıqlar var və s. bu kimi yersiz və məntiqsiz iddialar cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycanda qanunun aliliyi, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Bu, reallıqdır. Artıq uzun müddətdir ki, xarici turistlərin ölkəmizə rahat gəlib getmələri üçün “ASAN viza” sistemi tətbiq edilir. O ki qaldı erməni əsilli oyunçuya, Azərbaycana müxtəlif vaxtlarda, beynəlxalq idman yarışları çərçivəsində erməni idmançılar gəlib və onların təhlükəsizliyi ən yüksək səviyyədə qorunub. Göründüyü kimi, bu kimi qərəzli iddiaların heç bir əsası yoxdur”.

Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanı sabitlik və təhlükəsizliyin olmamasında ittiham etməyə çalışan dairələr dönüb özlərinə baxsalar daha yaxşı olar: “Biz zaman-zaman Avropada terror hadisələrinin, qanlı toqquşmaların baş verdiyini müşahidə edirik. Futbol oyunlarında isə ingilis azarkeşlər dünyada öz “şıltaqlıqları” ilə tanınırlar. Bütün bunlara baxmayaraq ölkəmiz UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa ciddi şəkildə hazırlaşır. Hesab edirəm ki, bu mühüm idman yarışı yüksək səviyyədə baş tutacaq və beynəlxalq arenada ölkəmizin imicini ləkələməyə çalışan anti-Azərbaycan dairələr həmişə olduğu kimi, bu dəfə də öz çirkin niyyətlərinə çata bilməyəcəklər”.

1news.az

Paylaş:
389

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər