Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə böyük ictimai inamın olduğunu isbatlayır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə böyük ictimai inamın olduğunu isbatlayır

14:38 - 22 / 11 / 2019
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə böyük ictimai inamın olduğunu isbatlayır

“Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafını qoruyub saxlayır.

Yeni dövrün tələblərinə və çağırışlarına uyğun islahatların həyata keçirilməsi, dövlətimizin perspektivi ilə əlaqəli ciddi addımların atılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün davamlı və təsirli tədbirlərin görülməsi müşahidə olunan inkişaf tendensiyasının indikatorlarıdır. Məhz, bu səbəbdən də ölkədə keçirilmiş rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı reformalara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib və hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib: “Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6 faizi kişi, 32,4 faizi qadındır. Əsas yaş qrupu 26-35, yəni, 34,3 faizdir. Təhsil səviyyəsinə görə tam orta təhsillilər üstünlük təşkil edib ki, bu da 45,1 faizdir. Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Ümumiyyətlə, respondentlərin 84, 9 faizi Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.

Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitindəki çıxışı rəyi soruşulanların 85 faizi tərəfindən rəğbətlə qarşılanıb. Sorğunun nəticələri dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir. Rəyi soruşulanların 92,7 faizi Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4 faiz respondent isə dövlət başçısının xarici siyasət fəaliyyətini uğurlu hesab edir. Rəyi soruşulanların 83,7 faizi hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur”.

Sorğunun nəticəsindən bir daha görünür ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə cənab Prezidentə olan ictimai rəğbət və dəstək daha da artmaqdadır” – deyən Vüqar Rəhimzadə əlavə edib ki, ölkə əhalisi dövlət başçısının öz fəaliyyətində xalqın maraqlarından, tələbatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədir.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti onun reytinqinin ictimai rəydə yüksəldiyini nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir: “Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Cənab Prezident İlham Əliyevin anti-Azərbaycan qüvvələrinə qarşı siyasi iradəsi, konkret mövqeyi, milli maraqların müdafiəsi fəaliyyəti ictimaiyyətdə böyük rəğbət və inam hissi formalaşdırır”.

S.Xankişiyeva

 

Paylaş:
437

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35
Bütün xəbərlər