Xalq artisti Yuri Baliyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Yuri Baliyev vəfat edib

17:36 - 27 / 03 / 2018
Xalq artisti Yuri Baliyev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Teatr sənətinin tanınmış nümayəndəsi, istedadlı  teatr  və kino aktyoru, Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Baliyev Yuri Nikolayeviç 2018-ci il mart ayının 27-də 69  yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.  

Yuri Baliyev 1949-cu il  iyul ayının 22-də Rusiyanın İzberq şəhərində anadan olmuşdur. O, 1975-ci ildə F.Volkov adına Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib.

1975-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (V.Şekspir “Kral Lir”), Roqojin (F.Dostoyevski “Əbləh”), Şamrayev, Smirnov (A.Çexov “Qağayı”, “Ayı”), Kapitan Bernardo (L.de Veqa “Nə yardan doyur, nə əldən qoyur”), Koşon (J.Anuy “Torağay”), Semyon (İ.Babel “Qürub”), Marko (A.Miller “Körpüdən mənzərə”), Bertye (F.Brukner “Napoleon 1”), Çingizxan (M.Şaxanov “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri “Burla Xatun”), Farisey (A.Volodin “İsanın anası”), Zabit, Həkim (Elçin “Cəhənnəm sakinləri”, “Teleskop”), Professor (N.Rəsulzadə “Nonsens”), Kazarin (M.Lermontov “Maskarad”), Qonaq (N.Gəncəvi “Yeddi gözəl”), Çuqunov, Lupaçov (A.Ostrovski “Qurdlar və quzular”, “Gözəl kişi”), Burqomistr (V.Korkiya, A.Lavrin “Kazanova: sevgi dərsləri”), Knyaz Didiani (Q.Səid “Əli və Nino”), Maks (V.Denisov “Sanset bulvarı”) və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.

İstedadlı aktyor “Babək”, “Tehran-43”, “Ovsunçu”, “Hökmdarın taleyi”, “Nigarançılıq”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Aktrisa”, “Sübhün səfiri”, “Qanlı Yanvar”, “Qala” bədii filmlərində uğurla çəkilib. 

Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsü idi. 

Unudulmaz sənətkar, gözəl insan Yuri Baliyevin əziz xatirəsi bütün  sənətsevərlərin  qəlbində  əbədi  yaşayacaq.

Allah rəhmət eləsin!

Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Dövlət Rus Dram Teatrı

Paylaş:
1023

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər