“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi

09:03 - 24 / 04 / 2019
“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi

Aprel ayının 22-də “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi.

Birinci tiraj üzrə təsadüfi seçim vasitəsilə 22 qalib müəyyən olundu. Uduş fondu “Qəbələ Karvansaray Oteli”nə 2 gün, 1 gecəlik 2 nəfərlik qonaqlama kuponundan, SAMSUNG J120 DS smartfonundan, Hugo Boss power bankından, CERRUTI kompüter çantasından, selfi çubuğundan, Sabina Parfumery&Cosmetics Mağazalar Şəbəkəsindən 50 AZN-lik hədiyyə kuponundan, “Nisa Beauty” gözəllik mərkəzindən 50 AZN-lik hədiyyə kuponundan, Azpetrol yanacaqdoldurma mərkəzindən 2 ədəd 30 litrlik elektron yanacaq talonundan, “Domino’s Pizza” restoranlar şəbəkəsindən 2 ədəd 30 AZN-lik hədiyyə kuponundan, “Burger King”  restoranlar şəbəkəsindən 20 AZN-lik hədiyyə kuponundan və Cinema Plus kinoteatrına 10 ədəd 2 nəfərlik biletdən ibarət idi.

Xatırladaq ki, 15 mart tarixindən başlayan “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyası Xalq Bankın bütün kart (öncədən ödənilmiş və korporativ kartlar xaric) sahiblərini əhatə edir və qeyri-nağd əməliyyatların artımını stimullaşdırmağa yönəlik aksiyadır. 15 mart tarixindən 15 iyunadək onlayn və POS-terminallar vasitəsilə keçirilmiş ödənişlərə görə (pul köçürmələri, elektron cüzdanlara mədaxil və kredit ödənişi üzrə əməliyyatlar istisna olmaqla) kart sahiblərinin mobil balansına Bakcell bonus dəqiqələri yüklənir. Dəqiqələr həyata keçirilmiş ödənişlər əsasında təqdim edilir – ödənişin hər 5 manatı müqabilində 1 dəqiqə hesablanır. Hər dəqiqə bir uduş şansına bərabərdir. Lotereyada çoxsaylı hədiyyələr və super mükafat - Dubaya səyahət kuponu oynanılır.

Aksiyanın şərtlərinə görə hər iştirakçı lotereyada cəmi bir dəfə mükafat qazana bilər. Əsas mükafat - Dubay şəhərinə səyahət paketinin (Bakı-Dubay-Bakı aviabileti, transfer, 4 gün 3 gecə hotel) sahibi əlavə keçiriləcək uduşda müəyyən ediləcək. Əsas mükafatın oynanıldığı uduşda üç ay ərzində aksiyaya qatılan bütün kart sahibləri iştirak edəcək.

Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi, abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmi və doğum tarixini  (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və ya www.xalqbank.az saytından və ya www.bakcell əldə edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum” loyallıq proqramı vasitəsilə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir. Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

Reklam hüququnda

 

 

 

Paylaş:
576

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər