Xarici kvalifikasiyaların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici kvalifikasiyaların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

16:02 - 25 / 01 / 2021
Xarici kvalifikasiyaların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə xidmət haqqının 250 manat məbləğində ödənilməsinin tətbiqinə başlanılıb.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, qeyd edilən xidmət haqqının ödənilməsi üçün müraciətçilər www.apply.edu.az internet səhifəsindən qeydiyyatdan keçdikləri şəxsi kabinetlərinə daxil olmalı və tanınma üçün təqdim etdikləri ərizəni təsdiq etdikdən sonra ödənişi həyata keçirə bilərlər. Ödənişi bank kartı ilə şəxsi kabinetdən, Hökumət Ödəniş Portalından (www.gpp.az) və ya nağd ödənişlə bank və poçt mərkəzlərindən həyata keçirmək mümkündür. Ödənişlə bağlı ətraflı məlumat almaq üçün istifadəçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən hazırlanmış ödəniş təlimatından istifadə edə bilərlər.

Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirməkdədir. Belə ki, son dövrdə elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.

Qeyd edək ki, ötən ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ortalama icra müddəti 30 gün olmaqla tanınma ilə bağlı 3 minə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20 minə qədər sənədin ekspertizası aparılıb. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.

Vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə edilir.

Qafar Ağayev

Paylaş:
362

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər