Xərçəng riskini minimuma azaldan 10 QIZIL QAYDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xərçəng riskini minimuma azaldan 10 QIZIL QAYDA

14:32 - 15 / 01 / 2020
Xərçəng riskini minimuma azaldan 10 QIZIL QAYDA

Mütəxəssislər Avropa xərçəng kodeksini tərtib ediblər. Bu kodeksə xərçəngin riskini minimuma azaldan 10 qızıl qayda daxildir.

Alimlərin fikrinə görə, bu qaydalara riayət etməklə xərçəngin riskini dəfələrlə azaltmaq mümkündür.

1news.az saglamolun.az-a istinadən bu qaydaları təqdim edir.

  1. Siqaret çəkməyin

Kanserogen maddələri ilə "zəngin" olan siqaret tüstüsü bir çox xərçəng növlərinin riskini artırır. Bu tək ağciyər xərçənginə aid deyil. Siqaret çəkmək ağız, boğaz, qida borusu, mədəaltı vəz, sidik kisəsi, böyrəklər kimi orqanlarda xərçəng şişinin inkişafına səbəb ola bilər.

  1. Artıq çəki yığmayın

Almaniya Xərçəng araşdırmaları institutunun mütəxəssisləri sübut edir ki, orqanizmə piyin artması 11 müxtəlif xərçəngin riskini artırır. Bu xüsusilə düz bağırsaq, qida borusu və süd vəzi xərçənginə aiddir.

Orqanimdə piyin artması hormonal fonunu pozur, insulin və leptin kimi hormonların ifrazını artırır ki, bu hormonlar xərçəng hüceyrələrinin böyüməsini stimullaşdırır. 

  1. Fiziki aktivliyinizi artırın

Gündəlik fiziki məşğələlər (bu adi piyada gəzintilər ola bilər) bir çox xərçəng növlərinin riskini azaldır. Əksinə isə azhərəkətli həyat tərzi orqanizmdə durğunluq proseslərinə, piylənməyə səbəb olur ki, bu da öz növbəsində xərçəngin riskini artıran faktorlardır.

  1. Təzə meyvə və tərəvəzlər yeyin

Vitamin, antioksidant, liflərlə zəngin olan meyvə və tərəvəzlər qida borusu, mədə, bağırsaq, mədəaltı vəz kimi orqanlarda xərçəng şişlərinin əmələ gəlməsinin ehtimalını azaldır. Mütəxəssislər hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz +2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn, 1 alma və ya 1 banan, 1 xiyar və ya 1 bismiş kartof nəzərdə tutulur . 

  1. Emal olunmuş ətdən (kolbasa, sosis və s.) imtina edin

2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti kanserogen maddələrin siyahısına daxil edib.

  1. Spirtli içkilərin qəbulunu minimuma azaldın

Spirtli içkilərin tərkibində olan zəhərli maddələr bir çox xərçəng növlərinin riskini artırır - qaraciyər, mədə, qida borusu, bağırsaq, mədəaltı vəz və s.

  1. Günəşdən qorunun

Gün şüaları orqanizmə əvəzsiz D vitaminini bəhş edir. D vitamininin azlığı bir çox xəstəlik və pozulmalara  səbəb olur. Lakin gün şüalanmasının həddindən çox olması olduqca ziyanlıdır və ilk kanserogen faktorlardan biri sayılır. Gün şüaları dəri xərçənginin əsas səbəbidir.

Mütəxəssislər qeyd edir ki, D vitamininin lazım olan günlük dozasını almaq üçün günün altında 15-20 dəqiqə olmaq kifayətdir.

  1. Kanserogen faktorlardan uzaq durun

Buna pis ekoloji şərait, ziyanlı kimyəvi maddələrlə işləmək, rentgen şüaları və s. aiddir.

  1. Hepatit B və papillomavirusa qarşı peyvənd etdirin

Qaraciyər xərçənginin ilk səbəblərindən biri hepatit B-dir. Hepatit B-yə qarşı peyvənd qaraciyər xərçənginin riskini azaldır.

Papillomavirusa qarşı peyvənd qadın cinsiyyət sistemini xərçəngdən qoruyur. Bir çox Avropa ölkələrində bu peyvənd artıq çoxdandır kütləvi şəkildə vurulur və artıq yaxşı nəticələr verməyə başlayıb.

  1. Profilaktik müayinələr

Xərçəngin erkən aşkar olunması müalicənin effektivliyini qat-qat artırır. Bu xüsusilə bağırsaq, dəri, süd vəzi, prostat vəzi, uşaqlıq boynu xərçənginə aiddir.

1news.az

Paylaş:
757

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər