XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək – FOTO

15:25 - 23 / 07 / 2019
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək – FOTO

Dünyanın fərqli məkanlarında səslənən musiqilər, özünəməxsus və valehedici ifada Qəbələdə canlanaraq, bu il də hər bir musiqisevərin zövqünü zənginləşdirəcək.

Heydər Əliyev Fondunun və “Gilan Holding”in təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Heydər Əliyev adına Konqres Mərkəzində baş tutacaqdır. Festivalda müxtəlif musiqi janrlarında çıxış edən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünyaşöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcəklər. 

Xalq artistləri Murad Adıgözəl-zadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edəcəklər.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcəkdir.

Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” keçiriləcəkdir. Muğam sevərlər “Naz-nazı” muğam qrupunun çıxışlarından zövq ala biləcəklər.

Möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına ənənəvi olaraq, böyük töhfə verəcəkdir.

1news.az

Paylaş:
929

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər