XİN Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumat yayıb

15:53 - 15 / 07 / 2020
XİN Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı törədilən vandalizm aktı ilə bağlı məlumat yayıb

14 iyul 2020-ci il tarixində ölkəmizin Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

“Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib.

Xatırladırıq ki, bundan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, o cümlədən ABŞ-dakı Səfirliyimizə qarşı radikal erməni təşkilatlarının üzvləri tərəfindən müdaxilə cəhdləri olub.

Erməni terrorçuluq meylləri, təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, həm də 20-ci əsrin əvvəllərindən etibarən. 1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması - bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Terrorçuluq meylləri Ermənistanın işğalçılıq siyasətinin kökündə durur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal erməni təşkilatlarının təhdidlərinə qarşı ehtiyatlı olmaları məqsədilə tərəfimizdən səfirlik və konsulluqlarımıza təlimat verilib.

Eyni zamanda, Vyana Konvensiyası əsasında diplomatik nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar aidiyyəti üzrə xarici ölkələrə tərəfimizdən müraciət göndərilib”, - deyə bildirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
310

Son xəbərlər

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47Dörd rayonda qaz kəsiləcəkBu gün, 09:33AMB bu günə valyuta məzənnələrini açıqladıBu gün, 09:18Kəlbəcərdə əl qumbaraları aşkarlanıbBu gün, 09:04Bakının bu yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:03
Bütün xəbərlər