XİN: “Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN: “Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir”

12:53 - 18 / 10 / 2020
XİN: “Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir”

Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi.

1news.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub:

"Atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07.00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib.

İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir.

Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır".

Qafar Ağayev

Paylaş:
330

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər