XİN: Rusiyalı deputatın adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiyalı deputatın adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib

16:09 - 25 / 01 / 2021
XİN: Rusiyalı deputatın adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib

"Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

1news.az xəbər verir ki, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun erməni kanalına müsahibəsini şərh edərkən deyib. 

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əminamanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - deyə, Leyla Abdullayeva bildirib. 

Qafar Ağayev

Paylaş:
479

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər