ASK "Şəki Şərab zavod"unun məhsulları artıq MAC MMC tərəfindən yerli bazarda - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

ASK "Şəki Şərab zavod"unun məhsulları artıq MAC MMC tərəfindən yerli bazarda - FOTO

12:00 - 05 / 08 / 2019
 ASK "Şəki Şərab zavod"unun məhsulları artıq MAC MMC tərəfindən yerli bazarda - FOTO

Azərbaycanın əsas şərab istehsalçılarından olan “ASK”nin məhsullarını yerli məhsul paylayıcı şirkət olan “MAC DİSTRUBİTİON” Azərbaycan bazarına çıxaracaq. Bu məqsədlə zavodun tanıtım tədbiri keçirilib.

Tədbirdə zavodun direktoru Vidadi Həsənov, işçilər, laboratoriya şöbəsinin müdiri Məhəbbət İsmayılova, Şəki rayon icra başçısının müavini Nizami İsmayılov, “MAC DİSTRUBİTİON” şirkətinin əməkdaşları, “Bravo Azərbaycan Supermarketlər Şəbəkəsi”nin nümayəndələri, “Bazar Store”, “A plus marketlər şəbəkəsi”,  “Avromart marketlər şəbəkəsi”nin və digər marketlər şəbəkəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə zavodun direktoru Vidadi Həsənov şərabların keyfiyyəti barədə geniş məlumat verib. O, şərabların tərkibinə yapon mütəxəssislər tərəfindən aparılan yoxlamalarda ən yüksək qiymət verildiyini bildirib. Hazırki keyfiyyət göstəricisinə əsasən, şərablar beynəlxalq bazarlara ixrac olunur. Direktorun çıxışından sonra qonaqlarla birgə istehsalat bölməsinə baxış keçirilib.

Burada şərabların hazırlandığı ən son texnologiyaya uyğun aparatlarla tanış olub və məhsulların dadına baxıblar.

Sonda isə iştirakçılara “Şəki Şərab Zavodu”nun istehsalı olan şərablar hədiyyə olunub.

Qeyd edək ki, “Şəki Şərab Zavodu” 2006-cı ildə yaradılıb. 01 mart 2018-ci ildə “Azərbaycan Sənaye Kooperasiyası” ASC-nin tərkibində “ASK Şəki Şərab MMC” adı ilə dövlət qeydiyyatından keçib. Zavodun direktoru vəzifəsinə dəvət olunmuş Vidadi Cəmil oğlu Həsənov Rusiyanın əməkdar şərabçısıdır. Zavodun illik istehsal gücü, 3000 ton üzüm və 200 min dekalitrdir (və ya 266 min şüşə). Məhsulların Rusiya, Polşa, Serbiya və.s Avropa ölkələrinə ixracı planlaşdırılır. 2019-cu ildə “Bouquet Sheki” və “Askona” markaları altında 10 növ yeni məhsul istehsal edilib. Yaxın zamanlarda üzümün növündən asılı olaraq bu markalar altında Sovinyon blank, Şardone, Musket, Rkasiteli, Mitsvani ağ şərabları və Saperavi, Mədrəsə, Merlo, Cabarne Sovinyon, Şiraz, Cabarne mar adlı qırmızı şərablar istehsal olunacaq.

MAC MMC hal - hazırda "VIP STATUS" zavodunun araqlarını və "FRUITING" brendi meyvə dilimli sularının satışını həyata keçirir. Lugano mamont terminal araqlari "VIP STATUS" -a məxsusdur.

Mehman Nəbiyev

Reklam hüququnda

 

Paylaş:
6366

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər