1news.az

Yaqut Qarayeva: “Hər birimiz karantin rejimindən yorulmuşuq”

8 Avqust saat 11:18 ~ 1 dəqiqəlik oxu 2910
Yaqut Qarayeva: “Hər birimiz karantin rejimindən yorulmuşuq”

“Azərbaycanda hər gün yoluxanların sayı sağalanların sayından az olur”.

1news.az  xəbər verir ki, bu fikirləri  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Hər şey bizim özümüzdən asılıdır, qaydalara ciddi riayət etməliyik. Bəzi qapalı məkanlar açılır. Çalışmalıyıq ki, çox sıxlıq olan yerlərə üz tutmayaq. Hər birimiz karantin rejimindən yorulmuşuq” – deyə, Y.Qarayeva fikirlərinə əlavə edib.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net