“Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti” – Minnətdarlıq məktubları

09:40 - 30 / 06 / 2020
“Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Faiq Şıxəlizadədən, Lənkəran, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin dünyanı ağuşuna almış bu pandemiya dönəmində göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanılması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən, təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətinizə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm.

İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq. Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”.

Könül Rəhimovadan, Salyan, Azərbaycan

“Əziz Prezidentimiz.

Mən Salyan şəhər Y.Qasımov adına 4 saylı tam orta məktəbin müəllimi Rəhimova Könül Sədafər qızı Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.

Siz Ulu Öndərimizin layiqli davamçısısınız. Müstəqil Azərbaycan Sizin apardığınız düzgün siyasətin nəticəsində gündən-günə inkişaf edir, çiçəklənir. Azərbaycanın hər bölgəsində quruculuq-abadlıq işləri aparılır, şəhərlərimiz, rayon və qəsəbələrimiz abadlaşır, gözəlləşir. Bu quruculuq-abadlıq işləri Salyanda da yüksək səviyyədə aparılır. Yeni məktəblər və uşaq bağçaları tikilir, təmirə ehtiyacı olanlar əsaslı təmir olunur.

Sizin Sərəncamınızla və Heydər Əliyev Fondunun dəstəyi ilə Ərəbqardaşbəyli, Qızılağac və Aşağı Kürkənd kəndlərində yeni məktəblərin, Qarabağlı kəndində yeni uşaq bağçasının tikintisi bizi çox sevindirir. Kənd və qəsəbələrin yollarının abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, hazırda Aşağı Kürkənd və Xurşud kənd yollarına asfalt örtüyü çəkilir. Bütün bunlar Salyan əhalisinin rahatlığının təmin olunmasına xidmət edir.

Cənab Prezident, bütün görülən işlərə, uğurlarımıza görə Sizə öz adımdan, ailəmin və valideynlərimin adından dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi humanist, ədalətli və xalqını öz ailəsi kimi sevən Prezidentimiz var.

Hər zaman dualarımızdasınız. Allah Sizi və ailənizi qorusun”.

Zümrüd Qəhrəmanovadan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə gözəlləşir. Xüsusilə, Gəncəmiz gülüstana çevrilir. Sizin aqrar sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində Azərbaycan Dövlət Aqrar Universiteti müasir dünya standartlarına cavab verən, aqrar mütəxəssislər yetişdirən elm ocağına çevrilib. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirakınız biz gəncəlilərə böyük qürur və fəxr hissi yaşatdı. Gəncə ziyalıları adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Əliyulla Quliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bir vətəndaş olaraq bu gün Azərbaycanın gündən-günə çiçəklənməsinin şahidiyəm. Sizin xalqımızı düşünərək atdığınız addımları xalq görür və yüksək dəyərləndirir. Təəssüflər olsun ki, bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu bəladan xilas olmaq üçün vaxtında və düşünülmüş qərarlar qəbul edilmişdir və bu qərarlara hamımız ciddi yanaşmalıyıq. “Biz birlikdə güclüyük!” devizi altında COVID-19 pandemiyasına qarşı mübarizə aparsaq, inanıram ki, yenidən sağlam həyatımıza qayıdacağıq.

Onu da qeyd etmək istəyirəm ki, bu çətin zamanda Siz həmişəki kimi, xalqı düşündünüz və qayğı göstərdiniz. Bu diqqətə görə, bütün xalqımızın adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.

Mazan Əzimovdan, Siyəzən, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu təşəkkür məktubunu Sizə Siyəzən şəhəri M.Ə.Sabir küçəsinin sakinləri adından yazıram. Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərini alqışlayırıq. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da lazımi tədbirlər həyata keçirilir. Pandemiya dövründə aztəminatlı ailələrə, yaşı 65-dan yuxarı olan şəxslərə, işə getmək imkanı olmayanlara dövlət tərəfindən maddi və mənəvi dəstək göstərilməsi, ərzaq yardımları verilməsi təqdirəlayiqdir. Həmçinin, çox yaxşı haldır ki, belə bir dövrdə sosial və infrastruktur layihələrinin icrası davam etdirilir.

Bunun üçün öz adımdan, ailəmin və rayon sakinlərinin adından Sizə minnətdarlığımı bildirirəm. Yaşasın müstəqil Azərbaycan Respublikası və onun müdrik, qayğıkeş Prezidenti”.

Fariz Bünyatovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyada ciddi həyəcan yaradan, insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı ölkəmizdə bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyinizlə respublikamızda vətəndaşların sağlamlığının qorunması üçün aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir.

Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında bu xəstəlikdən ölüm hallarının minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımı bildirirəm”.

Hacı Əliyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan vətəndaşları kimi, biz də Sizin və hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətinizi yüksək qiymətləndiririk. COVID-19 pandemiyasının ölkəmizə ayaq açdığı andan virusun qarşısını almaq üçün gördüyünüz bütün qabaqlayıcı tədbirlərə və bu gün də apardığınız mübarizəyə görə Sizinlə fəxr edirik. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyir, bizi hər zaman düşündüyünüz və ölkəmizin qayğısına qaldığınız üçün təşəkkürümü bildirirəm. Allah Sizi Azərbaycana və azərbaycanlılara çox görməsin. Biz birlikdə güclüyük”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
929

Son xəbərlər

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24
Bütün xəbərlər