Yeni Jaguar XE “Avtolüks Azərbaycan”ın rəsmi satiş mərkəzində - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni Jaguar XE “Avtolüks Azərbaycan”ın rəsmi satiş mərkəzində - VİDEO - FOTO

10:00 - 24 / 09 / 2019
Yeni Jaguar XE “Avtolüks Azərbaycan”ın rəsmi satiş mərkəzində - VİDEO - FOTO

Jaguar Land Rover avtomobillərinin Azərbaycandakı eksklüziv pərakəndə satış təmsilçisi "Avtolüks Azərbaycan" yeni Jaguar XE modelini təqdim edib.

Yeni modelin təqdimatı 21 sentyabr 2019-cu il tarixində mətbuat nümayəndələrinin və seçilmiş qonaqların iştirakı ilə SürücTəlim Mərkəzində (Test & Training Center) keçirilmiş yüksək səviyyəli tədbirdə baş tutub. 

2015 modelinin konstruktiv və texnoloji baxımdan əhəmiyyətli yenilənmələrini özündə əks etdirən yeni Jaguar XE modelində əvvəlki versiyanın gözəl proporsional ölçüləri daha da təkmilləşdirilib. Yenilənmiş eksteryer dizaynı XE modelinə daha məqsədyönlü və iddialı xarakter verir. F-TYPE idman avtomobilindən ilhamlanaraq hazırlanmış müasir dizayn elementləri ilə yeni idman üslublu görünüşün verilməsində bir addım da irəli gedilib. 2020 XE modeli avtomobilin performansından və təkmil aerodinamikasından xəbər verən daha geniş ön bamper boşluqları, diqqətçəkici qrafik dizaynı və “əzələli” formaları ilə əvvəl olduğundan daha geniş və hündür olmayan görünüşə sahibdir.

Eksteryerdə, interyerdə və texnoloji baxımdan aparılmış çoxsaylı təkmilləşmələr XE idman sedanının ən son versiyasını digərlərindən fərqləndirir

Tamamilə yenilənmiş lüks interyerdə gözəl detallar və premium sinfinə aid elementlər mövcuddur

Tamamilə elektronlaşdırılmış I-PACE modeli ilə ortaqlıq təşkil edən yeni Touch Pro Duo informasiya-əyləncə sistemi və 12.3 düymlük interaktiv sürücü displeyi fərdiləşdirilə bilən olub, istifadə üçün rahatdır və həssas dizayna malikdir

Təkmilləşdirilmiş eksteryer yeni ön və arxa bamperlər, özünəməxsus LED imza xüsusiyyətlərinə malik təkmil LED-əsaslı qabaq faraları və arxa qabarit işıqları ilə daha inamlı görünüşü təmin edir

Smart Settings (“Ağıllı Tənzimləmələr”) texnologiyası süni intellektdən istifadə etməklə hər bir sürücünün üstünlük verdiyi seçimləri öyrənir və oturacaq, güzgü, audio və salonun havası ilə bağlı seçənəkləri avtomatik tənzimləyir

Öz seqmentində birinci olan ClearSight (“Aydın Görüntü”) arxa görüntü güzgüləri maneəsiz arxa görüntünü təmin edir

Alüminiumdan intensiv istifadə edilməklə hazırlanmış, ikiqat köndələn lingli ön asqıya və  çoxlingli arxa asqıya malik yüngül kuzov çevik idarəetməni və yüksək səviyyədə təhlükəsizliyi təmin edir

2020 Jaguar XE: Bu günə qədərki ən “ağıllı” və ən çox rabitə imkanlarına malik olan model

Yeni LED əsaslı ön fənərlər və gözəl görünüşə malik, imza xüsusiyyəti daşıyan “J” formalı gündüz fənərləri avtomobilə məqsədyönlü görünüş verir. Avtomobilin arxa hissəsindəki yeni bamper dizaynı və tamamilə LED əsaslı, yenilənmiş imza xüsusiyyətli qrafikanı özündə əks etdirən daha incə arxa qabarit işıqları avtomobilin vizual enini ön plana çıxarmaqla ən son XE modelinə daha “yerə yatmış” görünüşü verir.  

R-Dynamic modellərində performans yönümlü xarakteri daha da artırmaq üçün əlavə eksteryer dizaynı elementləri kimi təyyarə qanadcığından ilhamlanaraq hazırlanmış girintili-çıxıntılı səth, bamper haşiyəsinin tünd torşəkilli detalizasiyası və alternativ təkər üslublarından istifadə olunub. İdman üslubunun təsirləri interyerdə də kontrastlı tikiş işləməsinə malik idman üslublu oturacaqlarla, atlaz xrom sükanaltı sürət keçiricisi və R-Dynamic qapıaltı lövhəsi ilə davam edib.

Tamamilə yenilənmiş, gözəl hazırlanmış interyerdə yer alan yumşaq materiallar, premium şponlar və tamamilə yenilənmiş qapı üzlükləri istifadə rahatlığını daha da artırır. Yeni XE modelinin lüks və texnologiya ilə zəngin interyeri avtomobildə olan hər kəs üçün daha yüksək səviyyədə rahatlığı, keyfiyyəti və rabitə imkanlarını təmin edir. İstifadə rahatlığını, yüklərin yerləşdirilməsi imkanını və sərnişinlərin rahatlığını daha da artırmaq üçün kabinə hər bir cəhətdən təkmilləşdirilib.

Jaguar-ın iki oturacaqlı flaqman idman avtomobilinin təsiri də özünü aşkar göstərir, belə ki, dəyişiklik edilmiş orta konsolun üzərində F-TYPE ilə ortaqlıq təşkil edən SportShift ötürücü selektoru və JaguarDrive Control dəyişmə düyməsi yerləşir. Tamamilə elektronlaşdırılmış I-PACE modeli ilə ortaqlıq təşkil edən yeni sükanda əsas funksiyalara intuitiv nəzarət məqsədilə yalnız işıqlandıqda görünən qrafik elementlər və toxunduqda hiss olunan dəyişmə düymələri yerləşir.

Yeni XE modeli həmçinin bu günə qədərki ən ağıllı və ən çox rabitə imkanlarına malik modeldir. Jaguar-ın I-PACE modeli ilə ortaqlıq təşkil edən Touch Pro Duo informasiya-əyləncə sistemi bu modeldə ilk dəfə təqdim olunmaqla yüksək görüntü keyfiyyətinə malik, rəvan şəkildə yerləşdirilmiş bir cüt həssas ekran vasitəsilə instinktiv idarəetməni təmin edir. Naqilsiz cihaz şarjetmə texnologiyası və “ağıllı” Smart Settlings texnologiyası da XE modelində ilk dəfə təqdim olunur.

Öz seqmentinin birincisi olan ClearSight arxa görüntü güzgüsü sürücünü arxadakı yolun maneəsiz görüntüsü ilə təmin edərək təhlükəsizliyi və rahatlığı artırır. Sistem arxaya baxan geniş bucaqlı kameradan istifadə edərək arxa oturacaqdakı uca boylu sərnişinlərin, zəif işıqlandırmanın və ya arxa şüşənin üzərindəki yağış damcılarının maneəsi ilə üzləşmədən görüntünü çərçivəsiz arxa görüntü güzgüsünün daxilindəki yüksək görüntü keyfiyyətinə malik ekrana ötürür. 

Jaguar XE modelinin alüminiumdan intensiv istifadə edilməklə hazırlanmış yüngül kuzovu avtomobilin çevik idarə olunmasında, müstəsna təhlükəsizliyində və qənaətcilliyində böyük rol oynayır. Özünü sübut etmiş arxa ötürücülü və tam ötürücülü sistemlər, ikiqat köndələn lingli ön asqı və çoxlingli arxa asqı, eləcə də Jaguar-ın ən təkmil mühərrikləri ilə birlikdə, 75 faizi alüminiumdan təşkil olunan kuzov dinamik idarəetməni və performansı təmin edir.

Bütün XE modelləri üçün standart olan “Dinamik” rejim avtomobilin idman xarakterini artırır, sürət ötürücüsünün daha cəld keçidini, drossel qapağının vəziyyətinin dəyişməsinə kəskin həssaslığı və sükanın yüklənməsini artırır. Sifarişçinin istəyinə görə təqdim olunan Configurable Dynamics (Konfiqurasiya Edilə Bilən Dinamika) sistemi sürücülərə sürmə rejimini daha asan şəkildə müəyyənləşdirməyə imkan verir. Bu funksiya sürücülərin mərkəzi həssas ekran vasitəsilə mühərrik, sürət qutusu və sükan üçün Komfort və ya Dinamik rejimi seçməklə avtomobili öz istədikləri rejimə keçirməsinə şərait yaradır. Təyin olunduğu halda, Adaptive Dynamics (Adaptiv Dinamika) bütün vaxtlarda və bütün yol vəziyyətlərində komfort və zəriflik arasındakı optimal tarazlığı təmin etmək üçün amortizatorları tənzimləyir.

Yeni XE modelində həm arxa ötürücülü, həm də tam ötürücülü variantlarda standart olaraq avtomatik sürət ötürücüsü mövcuddur. Jaguar-ın istəyə görə təqdim olunan, qabaqcıl fırlanma anı hasil edən, tam ötürücülü sistemi və Intelligent Driveline Dynamics (İntellektual Transmissiya Dinamikası) texnologiyası XE modelinin arta ötürücülü idarəetmə hissini və çevikliyi qoruyub-saxlamaqla bütün hava şəraitində performansı, dartı qüvvəsini və sürücünün özünə inam hissini artırır. Tam ötürücü sistemlə təchiz olunmuş 300 at gücünə malik benzinlə işləyən mühərrik 0-100 km/saat sürəti 5.7 saniyəyə əldə etməyə imkan verir.

Yeni XE modelində benzin və dizellə işləyən təmiz və qənaətcil Ingenium mühərriklərindən hər hansısa birini seçmək mümkündür. Model Azərbaycan bazarı üçün 2 ötürücü versiyasında – ön və tam ötürcülü versiyalarda təqdim olunur. Müvafiq olaraq ötürücü tipinə görə 2000 sm3-lik mühərrikə təhkim olunmuş 250 və 300 at gücü Jaguar həvəskarlarına avtomobili sifariş edərkən sərbəst seçim imkanı yaradır.Həmin mühərriklər müvafiq olaraq P250 və P300 adlandırılmışdır. 180 at gücünə malik, dizellə işləyən və D180 adı verilmiş qənaətcil Ingenium mühərriki isə 430 Nm fırlanma anı hasil edir və 4.9 litr/100 km yanacaq sərfiyatına malikdir.

XE modelinin baza komplektasiyasına avtomatik sürət ötürücüsü, 18 düymlük disklər, elektron dəri oturacaqlar, yeni nəsil qrafikaya malik tamamilə LED əsaslı qabaq fənərlər və arxa qabarit işıqları, ön və arxa parkinq assistenti, arxa kamera və zolağa nəzarət sistemi daxildir.

Sifarişçilər həmçinin S, SE və HSE komplektasiyalı versiyalardan birini seçib arzu etdikləri avtomobili sifariş edə bilərlər. Bu komplektasiyalardan hər biri idman üslublu R-Dynamic variantında da mövcuddur. İstəyə görə seçilə bilən müxtəlif paketlər daha yüksək səviyyədə təqdim olunan individuallığa şərait yaradır:

Dinamik İdarəetmə Paketi: konfiqurasiya edilə bilən (adaptiv) dinamika, gücləndirilmiş əyləclər, boyadılmış əyləc supportları, baqaj qapısı üçün spoyler

Texnologiya Paketi: ön şüşədə alətlər paneli displeyi (head-up display), ultrabənövşəyi şüalardan qoruyan ön alın şüşəsi, Touch Pro Duo, interaktiv sürücü displeyi, naqilsiz qidalanma (wireless charging), ClearSight View - arxa görüntü güzgüsünə inteqrasiya edilmiş arxa kamera

Rahatlıq Paketi: baqaj qapısının jestlə açılması, açarsız daxilolma, sükanın elektron və teleskopik şəkildə tənzimlənməsi, əlavə 12V girişlər

Premium İnteryer Paketi: işıqlanan ayaqaltı lövhələr, parlaq pedallar, konfiqurasiya oluna bilən daxili işıqlanma

Jaguar XE haqqında əlavə məlumatlar, o cümlədən onun geniş texniki tarixçəsi və parametrləri barədə əlavə məlumat üçün www.jaguar-azerbaijan.com saytını ziyarət edin.

AVTOLÜKS AZƏRBAYCAN HAQQINDA

Avtolüks Azərbaycan MMC dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına təqdim etmək üçün 2012-ci ildə təsis edilib. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlayıb. Şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili Lamborghini avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olmasıdır. Brend portfelinə Aston Martin brendini də daxil edən Avtolüks Azərbaycan 2017-ci ildə “FCA Group”a aid olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep avtomobillərinin də rəsmi təmsilçisinə çevrilib.  2019-cu ilin mart ayından Avtolüks Azərbaycan JAGUAR və LAND ROVER brendlərinin Azərbaycanda rəsmi distribütorudur. Şirkət təmsil etdiyi avtomobillərin satışı ilə bərabər həm də texniki xidmətini də həyata keçirir. Avtolüks Azərbaycan brend siyahısını daim genişləndirməkdə və xidmət keyfiyyətini bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

Reklam hüququnda

 

Paylaş:
890

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17
Bütün xəbərlər