Yeni Samsung soyuducuları – daha çox təzə məhsul üçün daha böyük saxlama həcmi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Samsung soyuducuları – daha çox təzə məhsul üçün daha böyük saxlama həcmi – FOTO

09:10 - 12 / 03 / 2020
Yeni Samsung soyuducuları – daha çox təzə məhsul üçün daha böyük saxlama həcmi – FOTO

Mətbəxdə ən çox tələb olunan cihaz - tutumlu soyuducu. Lakin, təəssüf ki, hər birimiz geniş mətbəxə və müvafiq olaraq geniş soyuducuya sahiblənə bilmirik. 

Samsung-un təqdim etdiyi yeni soyuducu məhsul xətti  ölçüləri dəyişmədən daha çox saxlama həcmi təqdim edir. Beləliklə, SpaceMax ™ texnologiyası divarın qalınlığını azaltmaqla daxili həcmi artırmağa imkan verir. İstehsalçı divarların incəliyini korpusun istilikkeçirmə qabiliyyətini azaldan keyfiyyətli istilik izolyasiyası ilə təmin edib.  Daha incə divarlar sayəsində bu texnologiya ilə işləyən cihazların tutumu 536 - 620 litr arasında dəyişir.

Həmçinin, burada dəyişməyən yüksək enerji səmərəliliyi də qorunub saxlanılır. Beləliklə, SpaceMax ™ soyuducuları ölçüləri dəyişmədən, məhsulların uzun müddətli təravətli qorunub saxlanması üçün daha çox saxlama həcmi təqdim edir.  SpaceMax ™ texnologiyalı Samsung soyuducuları rəqəmsal kompressor üzərindən işləyir. Digital Inverter, səssiz işləmə prosesini, cihazın uzun ömürlülüyünü və enerji sərfiyyatına qənaəti təmin edir. İnverter kompressoru səssiz işləyək, axarlı şəkildə 7 soyutma səviyyəsi üzrə gücü tənzimləyir və bu səbəbdən Samsung soyuducularının qeyd olunan proseslər zamanı “sakit” tərzdə işləməsi təmin edilir.  

Samsung-un təqdim etdiyi yeni soyuducu məhsul xətti, Twin Cooling adlanan iki konturlu soyutma sistemi ilə də təchiz edilmişdir. Sözü gedən bu texnologiya sayəsində iki müstəqil hava axını, kamera daxilində hava hərarətini və rütubəti tənzimləməyə kömək edərkən, qoxuların qarışmasının qarşısını da almağa imkan yaradır. Qeyd olunan soyuducu seriyasının RS62K6130FG / WT modelində isə, daimi “soyuğun” təmin edilməsi üçün əlavə xüsusi polad plitə quraşdırılmışdır. Belə ki, soyuducunun arxa divarında yerləşən Metal Cooling polad paneli əlavə “soyuq” mənbəyidir.  Bu lövhə sayəsində hətta qapını tez-tez açdıqda belə, kamera daxili temperatur daha uzun müddət qorunub saxlanır, optimal hərarət isə daha sürətli bərpa edilir. Belə ki, kamera daxilində sabit hərarətin qorunub saxlanmasını təmin edən metal "divar”,  məhsulların  daha uzun müddət təravətli qalmasına kömək edir. Sözü gedən “lövhə”  yalnız "temperatur tənzimləyicisi" rolunu yerinə yetirməklə kifayətlənmir, həm də soyuducuya zövqlü bir görünüş bəxş edir. Beləliklə, yalnız "plastik" komponentlərdən ibarət olan digər modellər sırasında, sözü gedən "metal" detal gözü göz oxşayaraq, dərhal diqqəti özünə cəlb edir.

Ayrıca, yuxarıda göstərilən modeldə (RS62K6130FG / WT) məhsulların təravətinin etibarlı şəkildə qorunub saxlanması üçün Precise Cooling adlanan xüsusi texnologiyadan da istifadə edilir. Soyuq hava axınının havalandırma dəliklərindən dəqiq və bərabər şəkildə paylanması sayəsində, texnologiya işləmə kamerasının istənilən nöqtəsində sabit hərarət göstəricilərini təmin edir. Həmçinin, Precise Cooling Digital İnverter kompressorunun işləmə prosesini yaxından izləyərək onu tənzimləyir və hərarət dəyişikliklərini minimuma endirərək, ±0,5°C səviyyəsində qoruyub saxlamağa imkan yaradır.

Qeyd edək ki, əlavə olaraq Samsung-un təqdim etdiyi yeni soyuducu məhsul xətti «No Frost» texnologiyası ilə təchiz edilmişdir ki, soyutma kamerası kondensassiyadan qorunma hesabı ilə yaradıldığı üçün, məhsulları yararsız edən kif və bakteriyalar haqda narahat olmağa ehtiyac qalmayacaq.

SpaceMax™ texnologiyalı Samsung soyuducuları haqqında əlavə məlumatlar Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton и Optimal mağazalarında əldə edilə bilər.

Reklam hüququnda

Paylaş:
1928

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər