Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

09:31 - 19 / 01 / 2021
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

"Azerspace-1" peykindən yayımlanan televiziya kanalları siyahısına yeni türk və qırğız kanalları əlavə olunub.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, ASC və Qırğızıstanın "Ayan TV" və "Super TV" kanalları arasında kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu gündən etibarən "Ayan TV" və "Super TV" kanalları Mərkəzi Asiya ölkələrində "Azerspace-1" peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

"Ayan TV" və "Super TV" kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin, Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan "Euro 90 TV" kanalı "Azerspace-1" peykinin Avropa şüası üzərindən yayıma başlayıb. "Euro 90 TV" kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

"Euro 90 TV" kanalının yayım tezliyi: 11095/H/30000

1news.az

Paylaş:
329

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər