Yupiterə yeni missiya göndəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yupiterə yeni missiya göndəriləcək

16:39 - 27 / 06 / 2019
Yupiterə yeni missiya göndəriləcək

"Arianespace" şirkəti və Avropa Kosmik Agentliyi (ESA) Yupiterin və onun iri peyklərinin tədqiqi üçün yeni missiya göndərəcək.

1news.az ICTnews-a istinadən bildirir ki, qaz qatlarının çox olduğu Yupiterdə təxminən 3 il keçirəcək "JUICE" (Jupiter Icy Moons Explorer) aparatı planetin üç iri və potensial okean peykinin - Qanimed, Avropa və Kallistonun ətraflı tədqiqini həyata keçirəcək. 2022-ci ilin ortalarında buraxılacaq "JUICE" aparatının uçuş zamanı çəkisi təqribən 6 ton təşkil edəcək. O, Yupiter istiqamətində yerətrafı orbitə çıxarılaraq 600 milyon km qət edəcək. Yer, Venera və Marsdan qravitasiya köməyinin daxil olacağı 7,5 illik səyahətdən sonra kosmik gəmi 2029-cu ilin oktyabrında Yupiter ətrafında orbitə buraxılacaq. Sonra missiya planetdə bir neçə dövrə uçuş vuracaq və Günəş sisteminin ən böyük peyki olan Qanimed ətrafında orbitə çıxacaq.

Missiya rəhbərlərinin sözlərinə görə, "JUICE" Yupiterə indiyədək Günəş sisteminin kənarına göndərilməyən ən güclü tədqiqat yükünü çatdıracaq. O, 10 cihaz və yerüstü radioteleskoplara malik kosmik telekommunikasiya sisteminin istifadə edildiyi 1 elmi eksperimentdən ibarət olacaq. "JUICE" aparatının alətləri alimlərə Yupiterin hər buz peykini müqayisə etməyə və buzaltı okeanların mövcudluğunun potensialını öyrənməyə imkan verəcək. Aparat həmçinin Yupiteri, onun atmosfer və maqnitosferini, digər peyk və halqaları müşahidə edəcək.

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

1news.az

Paylaş:
353

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər