Zakir Qaralov Türkiyənin Baş Ombudsmanı ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Qaralov Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

16:42 - 19 / 06 / 2019
Zakir Qaralov Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində paytaxtda səfərdə olan Türkiyənin Baş ombudsmanı Şeref Malkoçla görüşüb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Z.Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində 2019-cu ilin birinci rübündə imzalanmış Fərman və Sərəncamların əməli icrası ilə minimum əməkhaqları və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, həmin sosial paketin mərhələli şəkildə bütün əhali qrupları daxil olmaqla ümumilikdə 3 milyona yaxın insanı əhatə etməsi barədə ətraflı məlumat verən Baş prokuror, ölkəmizdə əmin-amanlıq və sabitlik mühitinin hökm sürdüyünü, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunduğunu bildirmişdir.

Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, ölkə əhalisi, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin, həmçinin həyata keçirilən sosial siyasətin ifadəsi olmaqla əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaratmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əhəmiyyəti qonaqların diqqətinə çatdırılmışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Baş ombudsmanı Azərbaycanda görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirmiş, ölkəmizdə müasir dünyanın çağırışlarına cavab vermək iqtidarında olan və ən yüksək tələblərə cavab verən hüquq mühafizə sisteminin formalaşmasından məmnunluq ifadə etmişdir.

Şeref Malkoç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlıq və işbirliyimizin xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini vurğulamışdır.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

S.Xankişiyeva

 

Paylaş:
552

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər