Zaur Məmmədov: “Paşinyan mənasız görünürdü” | 1news.az | Xəbərlər
Siyasət

Zaur Məmmədov: “Paşinyan mənasız görünürdü”

11:06 - 18 / 02 / 2020
Zaur Məmmədov: “Paşinyan mənasız görünürdü”

Artıq məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Müzakirələrin gedişində Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin prinsipial mövqeyini nümayiş etdirib, beynəlxalq ictimaiyyəti münaqişənin reallıqları barədə məlumatlandırıb.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın müəllimi Zaur Məmmədov 1news.az saytına bildirib ki, dövlət başçıları arasında bu formatda müzakirələr ilk dəfə idi ki, aparılırdı. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi müzakirələrin gedişində N.Paşinyanın arqumentləri inandırıcı görünmürdü.

“Ermənistanın baş naziri Dağlıq Qarabağın münaqişə tərəfi olmalı olmasını bildirir, lakin özü də gözəl başa düşürdü ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır. Hazırda, işğal edilmiş ərazilərdə məhz erməni silahlı qüvvələri xidmət edir. Dağlıq Qarabağ adlanan beynəxalq subyekt yoxdur”, - politoloq bildirib.

Z.Məmmədov Stepanakert adının Stepan Şaumyanın adı ilə bağlı olması bu ərazinin qədim adının isə, Xankəndi olması ilə bağlı prezidentin debatda söylədiyi fikirlərdən sitat gətirib.

“Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycana verilmədiyi, Azərbaycanın tərkibində saxlanıldığı ilə bağlı faktı xüsusilə vurğuladı”, - o bildirib və qeyd edib ki, tarixçilər regionun tarixini çox gözəl bilirlər, lakin ermənilərin tarixi faktları saxtalaşdırmaqda davam etdikləri faktını nəzərə alaraq, onlardan başqa heç nə gözləməyə dəyməz.

Z.Məmmədov qeyd edib ki, erməni ekspertlər sosial şəbəkələrdə N.Paşinyanın İlham Əliyevlə debatdakı zəifliyini qeyd ediblər.

“Onun ingilis dili və tarixi bilikləri, özünü aparmaq tərzi daha çox şeyə ümid etməyə imkan verirdi. İlham Əliyev beynəlxalq proseslərdən başı çıxan təcrübəli diplomatdır. Paşinyan Əliyevin bir fikrinə belə tutarlı cavab verə bilmədi.

Ermənistanın baş naziri axmaq kimi görünürdü. Hiss olunurdu ki, o bu cür müzakirələrə hazır deyil”, - o bildirib.

Politoloq qeyd edib ki, ermənilər başa düşməlidirlər ki, söhbət təkcə, erməni xalqının öz müqəddəratını artıq təyin etdiyi halda Azərbaycan ərazisində niyə ikinci erməni dövlətinin yaradılması ilə bağlı hər hansı əsaslı fikir səsləndirə bilməyən N.Paşinyandan getmir.

“İstənilən Ermənistan rəhbəri eyni vəziyyətə düşür, çünki onların beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq qarşısına çıxarılası əsaslı arqumentlərii yoxdur”, - deyə o bildirib.

А.А., М.K.

Paylaş:
1255

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər