Zəngilanda yük maşını körpüdən aşdı - Sürücü öldü
Zəngilan rayonunda yol qəzası baş verib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az
515