Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi | 1news.az | Xəbərlər
Köşə

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi

14:55 - 19 / 04 / 2024
Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi

Ötən 2023-cü il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı.

Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra, hər birimiz üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə Azərbaycanın öz suverenliyini tam bərpa etməsini çox böyük coşqu ilə yaşadı.

Qazanılan Zəfər müzəffər Ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də son illər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının daha operativ və kifayət qədər dolğun, məzmunlu fəaliyyətinin nəticəsidir. Bu baxımdan, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatası da 2023-cü il ərzində həmin fəaliyyətin səmərəliliyini, uyğunluğunu və şəffaflığını təmin etmişdir.

Fəaliyyətinin əsas prinsipləri qanunçuluq, kollegiallıq, obyektivlik, peşəkarlıq, şəffaflıq, ədalətlilik və müstəqillik olan Hesablama Palatası 2023-cü ildə ümumilikdə 327 tədbir müəyyənləşdirmiş, görülmüş işlərin nəticəsində Milli Məclisə və Hökumətə fiskal məsələlərə dair rəylərdə ümumilikdə 100 tövsiyə vermişdir. Büdcə qanunvericiliyinin pozulmasının qarşısının alınması ilə bağlı göstərilən səylər nəticəsində 55 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması xüsusi diqqətəlayiq məqamdır.

Qeyd edim ki, 2021-ci ildə Hesablama Palatası növbəti illərdə onun fəaliyyətini əhatə edəcək Strateji Plan qəbul etmişdi. Məhz “2021-2025-ci illər üzrə Strateji Plan” Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanmışdır.

Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəetməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaqdır. Xüsusilə 2023-cü ildə bu fəaliyyət çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin daha da gücləndirilməsi müsbət dəyişiklik kimi diqqəti cəlb edir.

Belə ki, qarşıdakı illərdə səmərəlilik auditi mövzularının DİM hədəfləri ilə uzlaşması mühüm tələblərdən biri kimi müəyyən olunmuş, hesabat ili, yəni 2023-cü ildə 2 audit üzrə DİM qiymətləndirməsi aparılmışdır (DİM2 – Aclığa son və DİM3 – Yaxşı səhiyyə və rifah). Eyni zamanda, keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorlar üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunmuşdur.

Əlavə olaraq 2023-cü ildə Hesablama Palatasının 2021-2022-ci illərdə keçirdiyi 5 auditin nəticəsinin INTOSAI-ın (Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı) DİM üzrə Atlasında ilk dəfə yerləşdirilməsi (DİM2, DİM3, DİM6, DİM11, DİM15) bir daha Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə diqqətini və sadiqliyini nümayiş etdirir.

Fəaliyyəti dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan bir qurum kimi, Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ qurulması hər birimizi sevindirir, DİM-lərin icrasında qabaqcıl olan ölkəmizin inkişafının daha dayanıqlı, innovativ olmasına öz töhfəsini verir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
548

Son xəbərlər

Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25ASAP tərəfindən Almaniyada Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilibBu gün, 13:12Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”Bu gün, 13:10Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcəkBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:53Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər - YENİLƏNİBBu gün, 12:46Qızıl və gümüşün qiyməti daha da artıbBu gün, 12:43Ekoloji avtomobillərin yürüş-festivalı keçiriləcəkBu gün, 12:37İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 12:06Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTOBu gün, 11:44Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıbBu gün, 11:19Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:02DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:22Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıbBu gün, 10:13Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblarBu gün, 10:01
Bütün xəbərlər