Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi | 1news.az | Xəbərlər
Köşə

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi

14:55 - 19 / 04 / 2024
Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdi

Ötən 2023-cü il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı.

Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra, hər birimiz üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə Azərbaycanın öz suverenliyini tam bərpa etməsini çox böyük coşqu ilə yaşadı.

Qazanılan Zəfər müzəffər Ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də son illər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının daha operativ və kifayət qədər dolğun, məzmunlu fəaliyyətinin nəticəsidir. Bu baxımdan, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatası da 2023-cü il ərzində həmin fəaliyyətin səmərəliliyini, uyğunluğunu və şəffaflığını təmin etmişdir.

Fəaliyyətinin əsas prinsipləri qanunçuluq, kollegiallıq, obyektivlik, peşəkarlıq, şəffaflıq, ədalətlilik və müstəqillik olan Hesablama Palatası 2023-cü ildə ümumilikdə 327 tədbir müəyyənləşdirmiş, görülmüş işlərin nəticəsində Milli Məclisə və Hökumətə fiskal məsələlərə dair rəylərdə ümumilikdə 100 tövsiyə vermişdir. Büdcə qanunvericiliyinin pozulmasının qarşısının alınması ilə bağlı göstərilən səylər nəticəsində 55 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması xüsusi diqqətəlayiq məqamdır.

Qeyd edim ki, 2021-ci ildə Hesablama Palatası növbəti illərdə onun fəaliyyətini əhatə edəcək Strateji Plan qəbul etmişdi. Məhz “2021-2025-ci illər üzrə Strateji Plan” Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanmışdır.

Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəetməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaqdır. Xüsusilə 2023-cü ildə bu fəaliyyət çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin daha da gücləndirilməsi müsbət dəyişiklik kimi diqqəti cəlb edir.

Belə ki, qarşıdakı illərdə səmərəlilik auditi mövzularının DİM hədəfləri ilə uzlaşması mühüm tələblərdən biri kimi müəyyən olunmuş, hesabat ili, yəni 2023-cü ildə 2 audit üzrə DİM qiymətləndirməsi aparılmışdır (DİM2 – Aclığa son və DİM3 – Yaxşı səhiyyə və rifah). Eyni zamanda, keçirilən auditlərdə DİM-in qlobal göstəricilər sisteminə daxil olan indikatorlar üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunmuşdur.

Əlavə olaraq 2023-cü ildə Hesablama Palatasının 2021-2022-ci illərdə keçirdiyi 5 auditin nəticəsinin INTOSAI-ın (Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı) DİM üzrə Atlasında ilk dəfə yerləşdirilməsi (DİM2, DİM3, DİM6, DİM11, DİM15) bir daha Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə diqqətini və sadiqliyini nümayiş etdirir.

Fəaliyyəti dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan bir qurum kimi, Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ qurulması hər birimizi sevindirir, DİM-lərin icrasında qabaqcıl olan ölkəmizin inkişafının daha dayanıqlı, innovativ olmasına öz töhfəsini verir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
725

Sizin üçün xəbərlər

Son xəbərlər

Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyubBu gün, 13:41Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30
Bütün xəbərlər