Ağacları kəsən restoran sahibi cəzalandırıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağacları kəsən restoran sahibi cəzalandırıldı – FOTO

12:37 - 09 / 08 / 2017
Ağacları kəsən restoran sahibi cəzalandırıldı – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. 

Nazirlikdən 1news.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quruköküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.

Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 m2 torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.

 Faktla bağlı “Bulaq” restoranının sahibi E.Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat  məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna  göndərilib.

Babək Cahandarov

Paylaş:
1031

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər