Vəzifə verilənlər və işindən azad olunanlar - 2023-cü ilin kadr islahatları - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəzifə verilənlər və işindən azad olunanlar - 2023-cü ilin kadr islahatları - SİYAHI

Qafar Ağayev13:15 - 31 / 12 / 2023
Vəzifə verilənlər və işindən azad olunanlar - 2023-cü ilin kadr islahatları - SİYAHI

Gündən günə inkişaf edən ölkəmizdə sürətli islahatlar davam edir.

Dövlət başçısının tərəfindən həyata keçirilən islahatar ölkəmizin sürətlə inkişafına hesablanıb. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması bu islahatların daha da dərinləşməsini şərtləndirirdi. Bəs 2023-cü ildə islahatlar necə davam etdi? Kimlərə vəzifə verildi, kimlər vəzifədən azad olundu?

1news.az 2023-cü ildə həyata keçirilən keçirilən islahat çərçivəsində Prezident İlham Əliyev tərəfindən təyin olunan və vəzifəsindən azad edilən şəxsləri xronoloji ardıcıllıqla təqdim edir:

Yanvar

Dövlət başçısının 2021-ci ildə ilk kadr təyinatı Azərbaycanın İsrailə səfir təyin edilməsi ilə oldu. Belə ki, Dövlət başçsının sərəncamı ilə 11 yanvar 2023-cü ildə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Qeyd edək ki, bu zamana qədər Azərbaycanın İsraildə səfirliyi yox idi.

12 yanvarda Prezident bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzaladı.

Fevral

Fevralın 14-də Prezidentin sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edildi, başqa bir bir sərəncamla, Ş.Bağırov Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin olundu.

Şahin Bağırov

15 Fevralda Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad olundu, onun yerinə, rektor vəzifəsində Natiq Kamal oğlu Əliyev təyin olundu.

Fevralın son günündə - 28-də Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edildi.

Səadət Bəktaşi

Mart

17 mart tarixində Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

30 mart 2023-cü ildə Prezidentin Sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edildi. Qeyd edək ki, eyni gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Zaur Mikayılov bu təyinata qədər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.

Zaur Mikayılov

Aprel

Aprelin 4-də İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edildi, digər bir sərəncamla İ.Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin olundu.

İnam Kərimov

7 aprel tarixində Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Eyni gün Prezidentin sərəncamı Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

11.04.2023 tarixində Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin olunub.

14 apreldə isə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edildi.

Məcnun Məmmədov

Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 14-də Aslan Xası oğlu Xəlilov və İsa Rəhman oğlu Məmmədov Azərbaycan Respublikası Audiovizual Şurasının üzvləri təyin edildilər.

Eyni gün Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilərək, başqa bir sərəncamla Azərbaycan Respublikasının mədəniyyət naziri oldu.

Adil Kərimli

17 apreldə Arzu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi, onun yerinə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olundu.

Arzu Rəhimov və Mürsəl İbrahimov

May

23 mayda Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıldı.

Həmin gün Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılaraq, başqa bir bir sərəncamla Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olundu, eyni zamanda o, iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edildi.

Eyni gün Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edildi.

İyun

Dövlət başçısının sərəncamı ilə 14 iyunda İlham Ənvər oğlu Nəzərli Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edildi.

Həmin gün Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

Ziyəddin Əliyev

Mayın 25-də Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları polkovnik Elmir Zülfüqar oğlu İbrahimova, polkovnik Arif Həsən oğlu Həsənova, polkovnik İslam Şixzadə oğlu Əmirağayevə, polkovnik Bilal İsmayıl oğlu Çompuzova, polkovnik İlqar Saab oğlu Qafarova “general-mayor” ali hərbi rütbəsi verildi.

İyul

7 iyul tarixində Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, onun yerinə Mirsaleh Miradil oğlu Seyidov olundu.

10 iyulda Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edildi.

İyulun 17-də Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

18 iyulda Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edildi. başqa bir sərəncamla E.Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi.

Elçin Əmirbəyov

Dövlət başçısının 24 iyulda imzaladığı sərəncamla, Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edildi, X.Xələfov başqa bir sərəncamla Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olundu.

Xələf Xələfov

28 iyulda Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olundular.

Prezidentin eyni gün imzaladığı sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edildilər.

Avqust

Dövlət başçısının avqustun ilk günündə imzaladığı sərəncama əsasən, Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi.

Avqustun 5-də Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

7 avqust 2023-cü ildə Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu.

Mahirə İsmayıl qızı Adnayeva

17 avqust tarixində Dövlət başçısının sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərova və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verildi.

Avqustun 29-da Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. Onun yerinə İlham Əliyevin başqa bir sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Eyni gün Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə isə Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

29 avqustda Azərbaycanın İraqdakı səfirliyinə səfir təyin olunub. Belə ki, Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Avqustun 31-də Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Eyni gün İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Dövlət başçısının 31 avqustda imzaladığı başqa bir sərəncamla Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olundu.

Sentyabr

Sentyabrın ilk günü isə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edildi. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə olundu.

Cahangir Əsgərov və Samir Rzayev

13 sentyabrda Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edildi, Prezidentin başqa bir sərəncamı ilə , Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edildi.

Eyni gün Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi, onun yerinə isə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olundu.

Rüfət Eyvaz oğlu Əzizov

Oktyabr

10 oktyabr tarixində Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri-Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepalda, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Eyni gün Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında, Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Oktyabrın 25-də Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu, onun yerinə isə Firdovsi Şahmirzə oğlu Əliyev təyin olundu.

27 oktyabr tarixində Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək, başqa bir sərəncamla Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Həmin gün Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. Onun yerinə isə, bu vəzifəyə Vüsal Hacımahmud oğlu Abdullayev təyin olundu.

Noyabr

17 noyabr 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Noyabrın 18-də Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilərək, Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Eyni gün dövlət başçısının Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edildi. Başqa bir sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin edilib.

29 noyabrda İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edildi.

Mədət Quliyev və Vüqar Mustafayev

Dekabr

9 dekabrda Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırıldı. Başqa bir sərəncamla isə, Ü.Baxşəliyev Moldovada səfir təyin olundu.

Eyni gün Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edildi, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxıldı. Dövlət başçısının başqa bir sərəncamı ilə M. Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Məhərrəm Əliyev

9 dekabrda həmçinin Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Dövlət başçısının başqa bir sərəncamı ilə Qüdsi Osmanov Azərbaycan Respublikasının Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, başqa bir sərəncamla isə Q.Osmanov Rumıniyada səfir təyin edildi.

Paylaş:
3304

Son xəbərlər

Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47
Bütün xəbərlər