Telman İsmayılov rəsmən müflis elan edilib
Moskva vilayətinin Arbitraj Məhkəməsi AST Şirkətlər qrupunun təsisçisi, biznesmen Telman İsmayılovu müflis elan edib.
Məhkəmə məşhur iş adamının əmlakının satışa çıxarılması proseduruna start verib.
“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.
2016-cı ilin avqust ayında Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi “AST” şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.
RİA Novosti