Güləşçilər etiraz edirlər: deyirlər ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Güləşçilər etiraz edirlər: deyirlər ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin – FOTO – VİDEO

16:40 - 28 / 07 / 2017
Güləşçilər etiraz edirlər: deyirlər ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin – FOTO – VİDEO

Bu gün güləşçilər etiraz aksiyası keçiriblər.

1news.az-ın Yenicag.az-a istinadən xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidir.

Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

Saytımıza açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016”nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:

“Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab Prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.

Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. “Bu gün- sabah” deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev:

“İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. "Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.

Babək Cahandarov

Paylaş:
1465

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər