İkinci MFL Kubokuna start verilir: qaliblər millinin oyununu izləmək üçün San-Marinoya gedəcəklər – FOTO | 1news.az | Xəbərlər
Futbol

İkinci MFL Kubokuna start verilir: qaliblər millinin oyununu izləmək üçün San-Marinoya gedəcəklər – FOTO

13:16 - 11 / 07 / 2016
İkinci MFL Kubokuna start verilir: qaliblər millinin oyununu izləmək üçün San-Marinoya gedəcəklər – FOTO

İlk kubok çempionatına olan marağı nəzərə alan “Mini Fubol Liqası” şirkəti yerli futbol azarkeşlərini yenidən meydana dəvət edir.

1news.az-ın məlumatına görə, bu dəfə onlar MFL San-Marino kuboku uğrunda mübarizə aparacaqlar.

İyulun 24-də başlayacaq kubok çempionatı avqustun 20-nə kimi davam edəcək. Həvəskar futbolçuların kubok çempionatının bu dəfəki qaliblərini isə MFL San Marinoya - 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - San Marino oyununu izləməyə göndərəcək.

Növbəti MFK üçün komandaların qeydiyyatı isə iyulun 5-də başlayacaq. Müraciətlərin son tarixi 18 iyul, saat 21:00-dır. MFK-nın ikinci kubokunda 32 komanda iştirak edəcək. Qeydiyyatdan keçən hər komanda 200 AZN dəyərində rüsum ödəməlidir.

Qeydiyyat şərtləri:

- Yaşı 16-dan yuxarı olan hər kəs şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə çempionata qatıla bilər;

- Hər komanda minimum 6, maksimum 10 nəfərlik heyətlə qeydiyyatdan keçməlidir. Kapitanlar komandanın adını, oyunçuların siyahısını yazıb və şəxsiyyət vəsiqələrini scan edib, [email protected] elektron ünvanına göndərməlidirlər;

 - Qeydiyyat ərizəsində olan bütün oyunçuların şəxsiyyət vəsiqələrinin surəti göndərildikdən sonra komanda qeydiyyatdan keçmiş sayılır;

- Qeydiyyat bitəndən sonra, yəni 18 İyul, saat 21:00-dan sonra komandaların heyətinə əlavə və dəyişiklik etmək mümkün olmayacaq;

- 18 İyul, saat 21:00-a qədər qeydiyyat ərizəsində olan bütün oyunçuların şəxsiyyət vəsiqələrini təqdim etməmiş komanda Kubokda iştirak edə bilməyəcək;

- Qeyd olunmuş şərtlərə uyğun iştirak ərizəsini göndərmiş bütün komandaların namizədliyi son qeydiyyat gününə kimi saxlanacaq; 

 - İlk 32 komanda çempionatda iştirak edəcək. Qeydiyyatdan keçmiş ilk 32 komandadan birinin və ya bir neçəsinin hər hansı səbəbdən çempionatda iştirakı mümkün olmasa, müraciət tarixinə əsasən növbədə olan digər komanda(lar) qeydiyyata alınacaq.

Oyunçular üçün:  

- Son 3 ildə peşəkar futbolla məşğul olanlar çempionata qatıla bilməzlər; 
- Futzal üzrə Azərbaycan çempionatının “yüksək” liqasında və “birinci” liqada iştirak edənlər çempionata qatıla bilməzlər.

Oyunun şərtləri:

 - Oyunçulardan 6-ı meydanda (5 nəfər oyunçu, 1 nəfər qapıçı) oynayacaq. Ehtiyat oyunçular (maksimum 4 nəfər) oyun zamanı meydançada olmalıdırlar;

- Turnir boyu komandalar təyin olunmuş və komandalara öncədən xəbər olunmuş oyunlara gəlməlidirlər;

- Oyuna gəlməyən komanda üçün texniki məğlubiyyət nəticəsi qeydə alınır;
- Meydançaların üzəri torla örtülü olacaq;

- Turnirdə istifadə olunacaq futbol topunun ölçüsü 5-dir.

Çempionatın formatı barəsində ətraflı məlumat komandaların qeydiyyatı başa çatdıqdan sonra veriləcək.

Xatırladaq ki, 22 may – 19 iyun tarixlərində ilk MFL Kuboku turniri keçirildi. 24 komandanın qatıldığı yarışın ilk qalibi həlledici görüşdə “Napoli”in 1:0 hesabı ilə üstələyən “Qaradağ-Lökbatan” komandası oldu.

İyulun 6-da MFL Euro2016 Kuboku çempionu olan “Qaradağ-Lökbatan” komandasını 1 həftəlik Fransaya, Liona - Avro-2016 çempionatının yarımfinal oyunlarını izləməyə göndərdi. Qalib komandanın bütün xərcləri - yol, otel, qidalanma, oyuna bilet məsrəfləri MFL şirkəti tərəfindən qarşılandı.

Nəzərinizə çatdıraq ki, MFK kubokundan sonra, sentyabr ayında Mini Futbol Liqası start götürəcək. İyul ayı ərzində liqanın şərtləri və qaydaları barəsində ətraflı məlumat veriləcək. Liqaya qoşulacaq komandaları, futbol azarkeşlərini də kifayət qədər maraqlı oyunları canlı izləmək imkanı gözləyir.

Qeyd edək ki, Mini Futbol Kuboku çempionatının təşkilatçısı “Sport Marketing Group” - SMG şirkətidir. MFL çempionatlarına ev sahibliyini isə “Sportster” - idman kompleksi edir.         

Qeydiyyat və çempionat haqqında əlavə məlumat üçün (+994) 055 263 73 12 nömrəsi ilə əlaqə saxlaya, eyni zamanda [email protected] elektron ünvanına yaza bilərsiniz. Ətraflı məlumat üçün MFL-in https://www.facebook.com/mfl.baku “Facebook” səhifəsini izləyin.

1news.az

Paylaş:
1786

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər