Akif Aşırlı: Azərbaycanda təxribat yaradan qüvvələr heç zaman xalqın dəstəyini qazana bilməyəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Akif Aşırlı: Azərbaycanda təxribat yaradan qüvvələr heç zaman xalqın dəstəyini qazana bilməyəcəklər

16:45 - 13 / 07 / 2018
Akif Aşırlı: Azərbaycanda təxribat yaradan qüvvələr heç zaman xalqın dəstəyini qazana bilməyəcəklər

Gəncədə baş verən hadisələr Azərbaycan dövlətinə, onun müstəqilliyinə, Konstitusion hüquqlarının dəyişdirilməsinə yönələn təxribat xarakterli hərəkətlərdir.

1news.az xəbər verir ki, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Gəncə hadisələrinə münasibət bildirərkən deyib

“Bu hərəkətlərin qarşısı Azərbaycan dövləti, eyni zamanda Azərbaycanın müstəqilliyini canı qədər sevən vətəndaşları tərəfindən alındı, əhali bu aksiyalara dəstək vermədi. Bunun da mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinə, onun dünyəvi quruluşuna yönələn hər bir cəhd bütün vətəndaşlarımız tərəfindən qətiyyətlə pislənilir”.

Təxribatçı qrupların kənardan idarə olunduğunu deyən baş redaktor onların əsas məqsədlərinin ölkədə xaos yaratmaq olduğunu söyləyib:

“Təbii ki, müəyyən qruplar var ki, kənardan müəyyən ideoloji mərkəzlər tərəfindən idarə olunur. Çox təəssüf ki, onların Azərbaycanda havadarları, bir sıra mərkəzləri də var. Bu mərkəzlər zaman-zaman sosial şəbəkələr üzərindən Azərbaycan dövləti və hakimiyyəti əleyhinə təbliğatlar aparırlar. Onların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda vətəndaş itaətsizliyi, bunun nəticəsində də bir xaos yaratsınlar və beləliklə də Azərbaycanı Suriyaya çevirsinlər”.

A.Aşırlının sözlərinə görə, bu qüvvələr Azərbaycanda müxtəlif çağırışlar etsələr də, qanqaraldıcı hadisələr baş versə də heç zaman Azərbaycan xalqının dəstəyini qazana bilməyəcəklər:

“Çünki Azərbaycan xalqı kifayət qədər siyasi savada malik bir xalq olmaqla siyasi prosesləri çox düzgün analiz edirək düzgün nəticələr çıxarır. Eyni zamanda müşahidə etdik ki, cəmiyyətin bir kəsimi olan, sağlam müxalifət hesab etdiyimiz qüvvələr də bu cür təxribat xarakterli hadisələrə, mənbəyi bəlli olmayan, ölkəmizdə iğtişaş yaratmaq istəyənlərə dəstək vermədi. Bu onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət doğru siyasətdir və bu siyasətin alternativi yoxdur”.

1news.az

Paylaş:
573

Son xəbərlər

Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55
Bütün xəbərlər