Avtoritet “Maqa Ağcabədili”nin qətlinin – ŞOK TƏFƏRRÜATI | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtoritet “Maqa Ağcabədili”nin qətlinin – ŞOK TƏFƏRRÜATI

15:40 - 24 / 10 / 2018
Avtoritet “Maqa Ağcabədili”nin qətlinin – ŞOK TƏFƏRRÜATI

Moskvanın cənubunda əslən azərbaycanlı olan Cəfərov Məhəmməd Əlinin qətlə yetirilməsi barədə məlumat vermişdik.

1news.az-ın Femida.az-a istinadla verdiyi xəbərə görə, əslən Ağcabədi rayonundan olan Cəfərov Məhəmməd Əli bir neçə il bundan əvvəl Rusiya Federasıyasında həbs olunub. Həbsxanada olduğu müddətdə Balakən rayonundan olan şəxslə (istintaq getdiyi üçün adını açıqlamırıq) tanış olub. Təxminən 3 il əvvəl həbsxanadan çıxan Məhəmməd Əli Azərbaycana qayıdıb. Ailəsi, qohumları ilə görüşdükdən sonra yenidən Rusiya Federasiyasına qayıdıb.

Mənbənin saytımıza verdiyi məlumata görə, Cəfərov Məhəmməd Əli Moskvada kriminal aləmdə "Maqa Ağcabədili” kimi tanınıb. Moskvada bir sıra bazarlara nəzarəti məhz onun başçılıq etdiyi qrup həyata keçirirmiş.Moskvada həbsxanada yatdığı şəxslə yenidən münasibətləri yaranan "Maqa" bir müddət onunla bir evdə yaşayıb. Hadisə baş verən günü onlar içki məclisində olub. Aralarında yaranan mübahisə sonda həbsxana yoldaşlarından birinin ölümü, digərinin həbsi ilə yekunlaşıb.

Moskvada qətlə yetirilən azərbaycanlı kriminal avtoritetin meyiti dünən gecə Azərbaycana gətirilib. Hazırda Ağcabədi rayonunda "Maqa Ağcabədili" nin dəfni həyata keçirilir.

"Maqa" Ağcabədidə tanınmış bir nəslin nümayəndəsi olub. O, Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovun əmisi oğludur. T.Cəfərov döyüşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub.

Hadisə ilə bağlı Femida.az-a açıqlama verən Tofiq Cəfərov hazırda mərhumun dəfni ilə məşğul olduqlarını bildirib.

"Dünən gecə Məhəmməd Əlinin meyiti rayona gətirilib. Hadisəni törədən şəxs artıq tutulub. Rusiya polisi istintaq aparır", deyə T.Cəfərov bildirir.

S.Xankişiyeva

 

Paylaş:
6717

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər