ru

Texnologiya

24 İyun saat 12:20

“Baku Electronics” Lənkəranda – FOTO

“Baku Electronics” Lənkəranda – FOTO

Elektronika və məişət texnikası bazarında liderlərdən olan “Baku Electronics” sayca 15-ci mağazasını Lənkəran şəhərində istifadəyə verib.

Lənkəran şəhəri, Qala Xiyabani küçəsində yerləşən mağaza 500-dən çox məhsulun satışını həyata keçirəcək. Lənkəran şəhərinin 52 mindən çox sakininə xidmət göstərəcək mağazada 100-dən çox markanın elektronika və məişət məhsulları təklif edilir. Alıcıları bol çeşid və endirimli qiymətlərlə yanaşı, müxtəlif kampaniyalar gözləyir.

Ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən olan “Baku Electronics” 1994-cü ildən fəaliyyət göstərməkdədir. 60-dan çox xarici brendin rəsmi distribütoru olan “Baku Electronics”in hal-hazırda 15 mağazası fəaliyyət göstərir ki, bunlardan 6-sı Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə, Mingəçevir və Lənkərandadır. Yaxın zamanda isə Mərdəkanda, Şəkidə və digər bölgərdə yeni mağazaların açılışı gözlənilir.

Reklam hüququnda

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur