Fitch: Azərbaycan bankları MDB-də ən güclülərdəndir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Fitch: Azərbaycan bankları MDB-də ən güclülərdəndir

12:23 - 23 / 03 / 2018
Fitch: Azərbaycan bankları MDB-də ən güclülərdəndir

“Azərbaycanın bank sektorundakı problemlər azalmağa doğru gedir, buna baxmayaraq problemli kreditlər hələ də əlavə təminat tələb edə bilər”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, sektorda problemli aktivlərin artım tempi ləngiyib, ehtiyatlar və kapitallaşma güclənib.

Buna baxmayaraq, agentliyin mütəxəssisləri qeyd edir ki, restrukturizasiya olunmuş kreditlər üçün ayrılan ehtiyatların az olması aktivlərin keyfiyyətinə mənfi təsir etməkdə davam edir:

“Ötən il Beynəlxalq Bankın öhdəliklərinin və aktivlərinin restrukturizasiyası bank sektorunun ən mühüm inkişaf göstəricisi olub. Bankın bütün problemli aktivləri dövlətə məxsus bank olmayan kredit təşkilatına ötürülüb, riskli aktivləri azalıb və kapital mövqeyi bərpa olunub.

Buna baxmayaraq, Beynəlxalq Bankın 1,8 milyard dollar həcmində açıq valyuta mövqeyi qalmaqdadır, lakin bank 2018-ci ilin ortalarına kimi bunu yaxşılaşdırmağı planlaşdırır".

Ümumiyyətlə, “Fitch” mütəxəssisləri hesab edir ki, sektor üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 20%-ə qədər sabitləşib. Onların fikrincə, restrukturizasiya olunmuş kreditlərin həcmi kifayət qədər yüksəkdir (ümumi kreditlərin 25%-i), xarici valyutada verilmiş kreditlər (ümumi kreditlərin 41%-i) də aktivlərin keyfiyyətinə mənfi təsir edir: “Beynəlxalq Bankın restrukturizasiyası, ümumilikdə ötən il sektorda kapital mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Gürcüstan və MDB regionu üzrə ən yüksək kapital adekvatlığı əmsalı Azərbaycan banklarındadır. Sektor üzrə yüksək kapital əmsalının olmasına baxmayaraq, bir neçə bankın kapital mövqeyi hələ də zəifdir. Bu banklardan bəziləri 2018-ci ildə kapitallarını artırmağı planlaşdırır”.

“Fitch”in analitikləri bildirib ki, bu il Azərbaycanın iqtisadi vəziyyəti yaxşılaşdığından kreditlərə olan tələb də artacaq. “Lakin kreditləşmənin yüksək kapital mövqeyi və likvidliyə malik bir neçə bankın əlində cəmləşəcəyi ehtimalı yüksəkdir,” - deyə məlumatda qeyd olunub.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər