ru

FORMULA 1

29 Aprel saat 10:47

Formula 1-ə görə bağlanan yollar bu tarixdə açılacaq

Formula 1-ə görə bağlanan yollar bu tarixdə açılacaq

"Hər zaman yarışlar  yekunlaşanda kədərlənirik”.

Bu sözləri modern.az-a açıqlamasında "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin bitməsindən sonra təəssüratlarını bölüşərkən deyib.

"Çox hazırlaşdıq. Fəxr edirik ki, hər şey gözəl keçdi. Yarış çox yaxşı keçdi, Valteri Bottas qələbə qazandı. Heç bir problemsiz, normal yarış oldu. Bu günlər ərzində çox gözəl əyləncə proqramları oldu, bu gün də sonuncu əyləncə proqramımız olacaq. Nəticələr göstərir ki, hər il Bakını ən gözəl sürətdə göstərə bilirik, bu il də elə oldu. Şəhərin mərkəzində belə bir yarış keçiririk, Qran-Pri təşkil olunur, əməkdaşlarımız əlindən gələni edir ki, yarışlar daha da maraqlı olsun" deyə Nigar Arpadarai əlavə edib.

Yolların nəqliyyatın hərəkətinə açılmasından danışan Nigar Arpadarai bildirib ki, 29 apreldə bulvar ərazisi nəqliyyat vasitələrinin istifadəsinə açılacaq:

“30 apreldə isə bütün yolar açılacaq”.

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur