Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir

15:23 - 08 / 11 / 2018
Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Gənclər Fonduna müraciət mərhələlərinin izahlı videoçarxı.

1-ci mərhələ üçün: https://youthfoundation.az/esystem-test

2-ci mərhələ üçün: https://youthfoundation.az/esystem-test

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

Milli qəhrəman övladları;

I, II və III qrup əlil olan gənclər;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

I qrup əlil valideyni olan gənclər;

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:

  1. Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  2. Azərbaycan Texniki Universiteti
  3. Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

  1. Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

  1. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  2. Bakı Slavyan Universiteti
  3. Azərbaycan Dillər Universiteti
  4. Bakı Mühəndislik Universiteti
  5. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
  6. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  7. Sumqayıt Dövlət Universiteti
  8. Lənkəran Dövlət Universiteti
  9. Gəncə Dövlət Universiteti

15 Azərbaycan Texnologiya Universiteti

  1. Mingəçevir Dövlət Universiteti
  2. Naxçıvan Dövlət Universiteti
  3. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  4. Azərbaycan Milli Konservatoriyası
  5. Naxçıvan Müəllimlər İnstitutu
  6. Azərbaycan Tibb Universiteti
  7. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
  8. Azərbaycan Dövlət Aqrar Universiteti
  9. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
  10. Azərbaycan Dövlət Dəniz Akademiyası
  11. Milli Aviasiya Akademiyası
  12. “ADA” Universiteti
  13. Bakı Ali Neft Məktəbi
  14. Azərbaycan Turizm və Menecment Universiteti
  15. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
  16. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

 16-29 yaşlı  tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.

Zəruri sənədlərin siyahısı:

1.Tələbə biletinin surəti

2.Valideynlərin şəxsiyyət vəsiqələrinin hər 2 tərəfinin surəti

3.Təhsil müəssisəsindən cari təhsil haqqı borcunuz ilə bağlı arayış

4.Müvafiq sosial kateqoriyaya aid olduğunuzu təsdiq edən sənəd

5.Tələbənin davamiyyəti

6.İmtahanlardan aldığınız qiymətlər

Müsabiqənin müddəti:

2 noyabr – 18 noyabr 2018-ci il saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.

Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.

Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.

S.Xankişiyeva

 

Paylaş:
5232

Son xəbərlər

DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEOBu gün, 10:46Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edibBu gün, 10:33Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:22Azad olunan bölgələrdə aşkarlanan silah-sursatların sayı açıqlanıbBu gün, 10:13Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblarBu gün, 10:01Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildi10 / 05 / 2024, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar10 / 05 / 2024, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı oldu10 / 05 / 2024, 15:57
Bütün xəbərlər