Ölüm zirvəsi: Everestdə həlak olanların şokedici görüntüləri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölüm zirvəsi: Everestdə həlak olanların şokedici görüntüləri – FOTO

12:58 - 02 / 05 / 2017
Ölüm zirvəsi: Everestdə həlak olanların şokedici görüntüləri – FOTO

Himalay dağlarında yerləşən Everest dağı (Comolunqma da deyilir) dünyanın ən hündür zirvəsidir. Hər bir alpinist hündürlüyü 8848 metr olan bu zirvəni fəth retmək arzusu ilə yaşayır.

Lakin təəssüf ki, bu heç də bütün alpinistlərə nəsib olmur, onların bəziləri bu sevda üzündən həyatlarını itirirlər.

Bu gün də qorxulu dağın ətəkləri insan cəsədləri ilə doludur. Onların tapılıb gətirilməsi isə həm çox çətindir, həm də böyük xərc tələb edir. Ona görə də ölmüş alpinistlərin bir çoxu fəth etmək istədiyi zirvənin ağuşunda əbədi yuxuya gedib.

Bu həlak olan alpinisti “Yaşıl çəkməli” adlandırırdılar. Hindistandan olan və 1996-cı ildə dünyasını dəyişən bu alpinist digər alpinistlərin yanından keçdikləri mağaranın yaxınlığında “yatır”.

Bu isə ingilis Devid Şarpın cəsədidir. O isə 2006-cı ildə həlak olub. Deyilənə görə, o, bir qədər istirahət etmək üçün oturmaq qərarına gəlib, lakin elə yerindəcə donub qalıb.Yaxınlıqdan keçən 30-a yaxın alpinist ona kömək etmək istəsə də, artıq gec olub.

Tez-tez alpinistlər sərt qayalıqlardan yıxılaraq həlak olurlar. Onların cəsədləri görünsə də, götürmək müşkül məsələdir.

Dağın zirvəsində temperatur çox aşağı olduğundan cəsədlər çox gec çürüyür. Paltarlarını isə qar və külək yararsız hala salır.

Qeyd edək ki, Himalay dağlarında həlak olanlar arasında Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu da var. Lakin o, Everestdə yox, 2014-cü ildə alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğramışdı.

Babək Cahandarov

Paylaş:
15403

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər