Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

12:10 - 22 / 07 / 2019
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra "Əkinçi" qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşov bildirib ki, H.Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin ilk sayı 144 il bundan əvvəl işıq üzü görüb: "Onun saldığı işıq xalqımıza düzgün yol göstərdi. "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyanmasında, milli məfkurəsinin formalaşmasında önəmli rol oynayıb. "Əkinçi" və ondan sonra işıq üzü görən mətbuat vasitələrimiz Azərbaycan xalqının müstəqil yaşama ideyasını bir daha xalqa çatdırdı".

MŞ sədri vurğulayıb ki, hər bir xalqın inkişafında onun milli mətbuatının rolu böyükdür: "Əgər bir xalq vaxtında öz mətbuatını yaradıbsa, o xalq artıq başqa xalqlar arasında öz yerini tuta bilir".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Jurnalistika həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

Ə.Amaşov bugünkü tədbirin vacibliyini qeyd edərək bildirib ki, xalqımızın inkişafında mühüm rolu olan şəxsiyyətlərin anılması çox önəmlidir: "2000-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə 22 iyul Milli Mətbuat Günü kimi qeyd edilir. Biz bu cür tədbirlər keçirməklə ulu öndərin tövsiyələrinə də əməl etmiş oluruq".

Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, 144 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaratmaqla Azərbaycan mətbuat tarixinin bünövrəsin qoyub.

O qeyd edib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür:

"O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib.

Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, mediamız var. Böyük mütəfəkkirin bu arzusu artıq reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır".

1news.az

Paylaş:
558

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər