Mübariz Əhmədoğlu: ABŞ-ın ermənipərəst konqresmenləri “demokratiya adından quldura” çevriliblər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ABŞ-ın ermənipərəst konqresmenləri “demokratiya adından quldura” çevriliblər

10:20 - 20 / 07 / 2018
Mübariz Əhmədoğlu: ABŞ-ın ermənipərəst konqresmenləri “demokratiya adından quldura” çevriliblər

N.Paşinyan təxminən iki ay yarımdır Ermənistana baş nazirlik edir. Bu iki ay yarım ərzində ABŞ konqresmenləri 4 dəfə Ermənistanın demokratik olması və demokratik olduğu üçün Ermənistana pul verilməsi mövzusunda ABŞ Dövlət Departamentinə və “Minilliyin Çağırışı” Proqramının rəhbərliyinə müraciətlər ediblər.

Ermənistan demokratik dövlət deyil, olmayıb və ola bilməz:

ı. N.Paşinyan bəyan etdi ki, onun inqilabınadək Ermənistanda keçirilən seçkilərin heç birisi demokratik olmayıb.

ıı. 2 və ya 3 ay ərzində heç bir cəmiyyət demokratik ola bilməz.

ııı. Ermənistan Rusiyanın təsiri zonasındadır. Ermənistanın siyasət və iqtisadiyyatının hüdudlarını RF müəyyənləşdirmək imkanındadır. RF Ermənistandakı demokratik, söz azadlığı proseduralarını da hüdudlandırmaq imkanındadır. Başqa sözlə, Ermənistandakı demokratiya Rusiyanın maraqlarına təhlükə yaratmayan həddədək inkişaf edə bilər.

ıv. Rusiya amilinin ən bariz nümunəsi ABŞ-ın ermənipərəst konqresmenlərinin demokratiya hesab etdikləri N.Paşinyanın özüdür. Kəskin antiRusiya, Qərbpərəst siyasətçi kimi tanınan N.Paşinyan baş nazir olduqdan sonra aşkar Rusiyapərəst siyasətçiyə çevrildi.

Ümumiləşdirsək, ABŞ konqresmenlərinin ermənipərəst müraciətlərinin onların özlərini eybəcər vəziyyətə saldığını görmək olar. N.Paşinyanın baş nazirliyi dövründə Ermənistandakı proseslər ABŞ-ın Ermənistandakı səfiri R. Millzin mövqeyini 180 dərəcə dəyişdi; N.Paşinyan hökuməti üçün investisiya axtaran R. Millz iyulun 18-də bəyan etdi ki, ABŞ-dan Ermənistana yeni investisiyalardan danışmağın hətta vaxtı deyil.

Yəqin ki, ABŞ Ermənistanda demokratik seçkilərin keçirilməsini gözləyəcək. Eləcə də R.Millz “Lidian Armeniya”nın başına gətirilənləri də izləyir.

Daha bir ümumiləşdirməmiz də ermənipərəst konqresmenlərin ABŞ dövlət siyasətinə hörmətsizliyi aşkarlayır. ABŞ Dövlət Departamenti konqresmenlərdən fərqli olaraq Ermənistandakı vəziyyəti operativ izləyir.

Bu iki ümumiləşdirməmiz əsasında belə nəticəyə gəlmək mümkündür ki, ABŞ-ın ermənipərəst konqresmenləri demokratiya adından sui-istifadəni quldurluq səviyyəsinə çatdırıblar. Başqa sözlə, ermənipərəst konqresmenlər demokratiya adından quldurluqla məşğuldurlar. Hər halda özlərinin kooperativ marağı olmasaydı, demokratiya adından quldura çevrilməzdilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
648

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər