Mübariz Əhmədoğlu: Paşinyan Tonoyanın yanında baş nazir işləyir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Tonoyanın yanında baş nazir işləyir

10:11 - 14 / 06 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan Tonoyanın yanında baş nazir işləyir

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində cinayət törətdi: Azərbaycan mayorunun və bir sıravi əsgərinin öldürülməsi ilə bağlı əmr verdi. Əmri yerinə yetirən erməni hərbçilərini nümayişkaranə şəkildə mükafatlandırdı.

David Tonoyan bu cinayəti törədən ərəfədə vasitəçilərlə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti geniş müzakirə etmişdi, hər şeyə nəzarət etdiklərini ATƏT-in Minsk qrupu həmsədrlərini inandırmışdı. Bunları da sübut kimi təqdim etdi. D.Tonoyan öz cinayətinə ATƏT-in Minsk qrupu həmsədrlərini cəlb edə bildi. Onun cinayətinin əsas ünvanı N.Paşinyandır. N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində atəşkəs rejiminə ciddi riayət olunmasının tərəfdarıdır. N.Paşinyanın erməni əsgərlərinin hətta avtomatlarını yoxlamaqla bağlı verdiyi bəyanat da gülüncdür. Çünki bu işin rəhbəri D.Tonoyandır. İstənilən anda ön xətdə o işi görən hərbçilərin silahlarını da dəyişə bilər, hətta heç vaxt güllə atmamış avtomat da verə bilər.

D.Tonoyanın fikrincə, N.Paşinyan kifayət qədər sadəlövh düşüncəli kənd adamıdır. D.Tonoyanın özünün fəaliyyəti də bu dediklərimizi təsdiq edir. D.Tonoyan avantüraya meyllidir. Müdafiə nazirinin müavini D.Tonoyan 2015-ci ilin sonlarından başlayaraq “Statik müdafiədən, aktiv cilovlamaya” konsepsiyasını hazırladı, ATƏT-də və NATO-da müzakirəsini keçirtdi. 2016-cı ilin fevralında o, Ermənistanda ziyalılarla geniş müzakirədən sonra bu konsepsiyanın fəaliyyətə başlamasına əmr verdi. Nəticədə müdafiə nazirinin müavini D.Tonoyanın bu konsepsiyası 2016-cı ilin aprel döyüşlərinə gətirib çıxartdı, o döyüşlərin də nəticəsi artıq bəllidir.

D.Tonoyan Qərbə bağlı şəxsdir. O, müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılma ərəfəsində Qərb onu fövqəladə hallar naziri təyin etdirə bildi. Cinayət əməllərini törətməkdə D.Tonoyanın məqsədi Dağlıq Qarabağ münaqişəsi regionunda Qərbin maraqlarına uyğun hərbi toqquşma yaratmaqdır. Bu toqquşmada Rusiya ziyan çəkməlidir. Azərbaycanın ziyan çəkib-çəkməməsi Qərbin o qədər də marağında deyil, Rusiyanın ziyan çəkməsi Qərbin kifayət qədər ciddi marağındadır. Eynilə 1988-ci il təkrarlanır.

D.Tonoyan Ermənistanın daxilindəki vəziyyətə nəzarət edə bilər. O, ABŞ-da olarkən Azərbaycanın digər ərazilərini işğal etməklə bağlı bəyanat verdi. N.Paşinyan D.Tonoyanın bu bəyanatını dəstəklədi. Beləliklə Qərbə aydın şəkildə bəllidir ki, N.Paşinyan D.Tonoyanın dalınca sürünür. Paşinyan hal-hazırda Rusiya ilə münasibətləri inkişaf etdirmək adı altında çox konkret anti-Rusiya addımlar atır, anti-Rusiyaçılıq istiqamətində konkret xidməti olan şəxsləri vəzifəyə təyin edir. Qərb N.Paşinyanın belə kursunu davam etməsində maraqlıdır. Ona görə N.Paşinyan üzərində nəzarət mexanizmini yaratdı və bu D.Tonoyandır.

Məsələnin daha vacib tərəfi N.Paşinyanın mayın əvvəllərində Şuşadan qayıtdıqdan sonra verdiyi bəyanata D.Tonoyanın cavab reaksiyasıdır. N.Paşinyan bir qrup adamın dövlət çevrilişinə cəhd etməyə hazırlaşdığını açıqladı. D.Tonoyan dərhal bildirdi ki, Ermənistan ordusu heç vaxt buna imkan verməyəcək. Ermənistan konstitusiyasına görə Ermənistan ordusunun daxili proseslərə qarışmağa icazəsi yoxdur.  D.Tonoyan hər hansı bir siyasi partiyanın mitinqini ordu vasitəsilə dağıdacaqsa, bu artıq çox geniş anlamda başa düşülə bilən bir siyasi mövqedir.

Ordu Ermənistanın daxilindəki proseslərə müdaxilə edəcək. Hər halda D.Tonoyanın N.Paşinyanı idarə etməsi və belə idarəçilikdə Qərbdə müəyyən dairələrin maraqlı olması göz qabağındadır. Vaxtilə Ermənistanda belə bir məsəl var idi; R.Köçəryan S.Sərkisyanın yanında prezident işləyir. Bu sxem Ermənistanda özünü doğruldub. Görünür, indi də N.Paşinyan D.Tonoyanın yanında baş nazir işləyir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
527

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər