Rafael Hüseynov: Azərbaycanda seçki üzrə ixtisaslaşmış qurumlar qanunvericiliyə uyğun fəaliyyət göstərirlər | 1news.az | Xəbərlər
Siyasət

Rafael Hüseynov: Azərbaycanda seçki üzrə ixtisaslaşmış qurumlar qanunvericiliyə uyğun fəaliyyət göstərirlər

18:37 - 22 / 03 / 2018
Rafael Hüseynov: Azərbaycanda seçki üzrə ixtisaslaşmış qurumlar qanunvericiliyə uyğun fəaliyyət göstərirlər

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sechki-2018.az saytına müsahibəsi

- Rafael müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Bu günə qədər Azərbaycanda keçirilən prezident seçkilərini yaxından izləmişəm. Parlament seçkilərində iştirakçı, prezident seçkilərində isə müşahidəçi kimi təmsil olunmuşam. Ölkədə keçirilən bütün seçkilərin təfərrüatları ilə yaxından tanışam. Azərbaycan hər seçkidən seçkiyə öz təcrübəsini təkmilləşdirir. Təsadüfi deyil ki, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də seçki təcrübəsinin irəliləməsini qeyd edirlər. Müşahidələr göstərir ki, Azərbaycanda demokratik, şəffaf, insanların öz iradələrini tam ifadə edə biləcəyi normal seçki mühiti var.

Hesab edirəm ki, Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərdindən anlayır, öz hüquqlarını dərk edir. Hər şey göz qarşısındadır. Bu baxımdan, aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçəcəyini düşünürəm. Seçkilərin müşahidəsi üzrə beynəlxalq səviyyədə ən peşəkar qrup hesab olunan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq Azərbaycandadır. AŞPA-nın uzunmüddətli və qısamüddətli müşahidəçiləri ölkəmizə gəlirlər. Digər təşkilatlardan və ölkələrdən olan müşahidəçilər də seçki prosesini izləyəcək. Fikrimcə, beynəlxalq müşahidəçilər də seçki mühitinin yetərincə qənaətbəxş olduğunu təsdiqləyəcəklər.

- Mövcud seçki qanunvericiliyi ədalətli və demokratik seçki keçirməyə imkan verirmi?

- Bu məsələyə iki rakursdan baxmaq lazımdır. İlk növbədə hər bir ölkə təkcə seçkilərlə bağlı yox, ümumilikdə bütün qanunverici bazanın beynəlxalq normalara uyğun olmasına çalışır. Çünki qəbul edilən sənədlərdə beynəlxalq prinsiplər nəzərə alınmalıdır. Azərbaycanın seçki qanunvericiliyində kifayət qədər baza formalaşıb. Əlbəttə, gələcəkdə müzakirələr üçün hansısa məqam ola bilər. Azərbaycan dövləti beynəlxalq ictimaiyyət qarşısında daim bəyan edib ki, qanunvericilik bazasının təkmilləşməsi ilə bağlı istənilən müzakirəyə hazırdır. Nəticə etibarilə deyə bilərik ki, Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi ilə bağlı qanunvericilikdə heç bir maneə yoxdur.

Azərbaycan demokratiya xətti tutmuş dövlətdir və qanunların icrasında qüsurlara yol verilməməsi üçün əlindən gələni edir. Seçki üzrə ixtisaslaşmış qurumlar da qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər.

- Namizədlərin qeydə alınması prosesi başa çatdı, artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Prosesi necə qiymətləndirirsiniz?

- Namizədlərin qeydə alınması prosesi qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Hər şey normal şəraitdə davam edir. Seçki ideyaların, platformaların cəmiyyətə çatdırılması üçün ideal fürsətdir. Kim bu fürsətdən istifadə etməyibsə, deməli başlanğıcdan məğlub olub. Kim istifadə edirsə, onlar həm qələbə uğrunda mübarizə apara, həm də öz platformalarını cəmiyyətə çatdıra biləcəklər. Bütün namizədlərin hüquqları bərabər şəkildə təmin edilir.

- Seçki administrasiyasının işini necə qiymətləndirirsiniz?

- Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və əməkdaşları  məsuliyyətli və peşəkar fəaliyyətləri ilə daim seçilirlər. Komissiyanın peşəkar komandası var. AŞPA-dakı fəaliyyətimlə bağlı bu qurumun təmsilçisi olaraq, dünyanın müxtəlif ölkələrində seçkiləri müşahidə etmişəm. AŞPA-nın üzvü olan digər ölkələrin nümayəndələri ilə Azərbaycanda MSK-nın fəaliyyəti haqqında müzakirələr aparmışam. Onlar da MSK-da yüksək peşəkarların fəaliyyət göstərdiklərini bildirirlər. MSK qanun çərçivəsində cəmiyyətin maraqlarının təmin olunmasına çalışır. Bunu sübut edən ən bariz nümunələrdən biri də seçki məntəqələrində veb-kameraların quraşdırılmasıdır. Dünyanın ən ucqar yerindən belə seçki prosesini canlı izləmək imkanı var. Bu, şəffaflığın yüksək göstəricisidir. Hesab edirəm ki, MSK-nın fəaliyyəti təqdirəlayiqdir. Komissiya işini qanun çərçivəsində və obyektiv şəkildə həyata keçirir.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər